Icma.az
close
up
RU
Azərbaycanda da hiss olunan zəlzələ qaçılmazdır XƏBƏRDARLIQ

Azərbaycanda da hiss olunan zəlzələ qaçılmazdır XƏBƏRDARLIQ

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Türkiyə ərazisi mürəkkəb bioloji və tektonik qovuşma zonasında yerləşir. Ərazi intensiv dərəcədə aktiv qırılmaların toqquşma nöqtəsində yerləşir. Son illər dünya miqyasında seysmik aktivlik müşahidə olunur. 
Türkiyə də bu aktivlikdən kənarda qalmır. Özümün hesablamaları və türk seysmoloqların dediklərinə görə, İstanbul ərazisi də güclü zəlzələyə məruz qalacaq. Bu, qaçılmazdır. Seysmologiya elmi ilə əlaqədə olan elmlərdə də elmi tədqiqatlar getikcə genişləndirilməlidir. Məsələn, Yer Kürəsi ilə Ayın və Günəşin əlaqəsi mütləq öyrənilməlidir. Tədqiqatlar mövcuddur, ancaq qanunauyğunluq hələ də tapılmayıb. Əlaqələri dərindən öyrənmək lazımdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Fizika insititunun şöbə rəhbəri, seysmoloq Qulam Babayev deyib. 
Seysmoloq bildirib ki, Türkiyədə güclü zəlzələ baş verən kimi dərhal bizdə də zəlzələ olacaq demək düzgün olmaz:

"Region silkələnib və ocaqlar yenidən aktivləşib. Türkiyəyə yaxın olan ərazilərdə olan tektonik bloklar yenidən aktivləşə bilərlər. Azərbaycan ərazisi ətraf tektonik pilitələrin aktivləşməsi nəticəsində sabit qala bilməz. Bu, fizika qanunlarına ziddir. Ancaq Azərbaycan ərazisində yerdəyişmə sürətləri o dərəcədə intensiv deyil, aktivlikdədir. Bu o deməkdir ki, güclü, dağıdıcı zəlzələ Azərbaycanda gözlənilməz. Hiss olunan zəlzələ isə qaçılmazdır".
O bildirib ki, dərinlik də bu məsələdə ciddi rol oynayır:
"Dalğalar laylardan keçdikcə udulma prosesinə məruz qalır. Məsələn, 3,5 maqnitudalı zəlzələ səthə yaxın yerdə baş versə, qırılma hiss olunacaq. Azərbaycanda Böyük Qafqazın cənub-şərq yamacı ən aktiv zonalardan biridir. Talış seysmik aktiv zonası, Qusar-Quba-Şabran zonası, Kiçik Qafqazın şimal yamacı, Naxçıvan Muxtar Respublikası da seysmik aktiv zonadır. Şamaxı-İsmayıllı, Oğuz-Şəki-Qəbələ, Zaqatala-Qazax ən aktiv zonalardandır. Düşünürəm ki, bu aktivləşmə davam edəcək, çünki ərazi hərəkətə gəlib".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Aprel 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri