Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

AZƏRBAYCANDA DA SAATLIQ ƏMƏK HAQQINA KEÇİD EDİLİR Maaşlar artacaq?

AZƏRBAYCANDA DA SAATLIQ ƏMƏK HAQQINA KEÇİD EDİLİR Maaşlar artacaq?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər ölkədə gündəmin əsas aktual mövzularından biri də aylıq minimum əmək haqqının saatlıq minimum əmək haqqı rejimi ilə əvəz edilməsidir. Bu günlərdə Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə bildirib ki, Azərbaycanda saatlıq əmək haqqı modelinin tətbiqi istiqamətində işlər aparılır.

Lakin nazir saatlıq minimum əmək haqqı sisteminə hansı tarixdən keçid ediləcəyini açıqlamayıb. Qeyd edək ki, bu mövzu bir neçə ildir ki, ictimai müzakirələrin mərkəzindədir. Mövzunun son zamanlar tez-tez gündəmə gəlməsi təbii olaraq cəmiyyətdə bu dəyişikliklə bağlı bir sıra suallar yaradıb. Bu gün ən çox maraq doğuran məsələlərdən biri odur ki, əgər bu sistemə keçid baş verərsə, əmək haqqılar artacaqmı? Digər tərəfdən, bunun işəgötürən tərəf və işçi üçün hansı müsbət və mənfi nəticələrinin olacağı da maraq doğuran məqamlardandır.

İqtisadçı Xalid Kərimli "AzPolitika"-ya açıqlamasında bildirib ki, saatlıq əmək haqqı sisteminin əsas məqsədi tənzimləmə xarakterlidir: "Ölkədə bütün işlər aylıq deyil, saatlıq işlər də var. Burada vergi orqanları və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha effektiv tənzimləmə imkanı yaranır. Əvvəllər yalnız aylıq minimum əmək haqqı qanunu var idi. Məsələn, bir şəxs 7 saat işləyirdisə, onun əməkhaqqı dəqiq tənzimlənmirdi. İndi isə bu proses daha şəffaf və rahat olacaq".

Ekspert qeyd edir ki, bu sistem qısa müddətdə faydalıdır: "Bu yanaşma minimal səviyyəni müəyyən edir. Yəni belə desək, 400 manat illik iş saatlarının sayına bölünəcək. Sadəcə, nəzəri olaraq bizim minimum əmək haqqı hələ real bazar qiymətlərindən çox aşağıdır. Orta əmək haqqı təxminən 1100 manata yaxındır, minimum isə 400 manatdır. Yəni bu, orta əmək haqqının təxminən 35%-ni təşkil edir. Amma ümumiyyətlə, hazırda minimum əməkhaqqı ilə işləyənlər də var. Ona görə də dövlət üçün də maraqlı idi ki, müqavilələr bağlananda ən azı minimum hədd yenilənsin və vergi düzgün hesablansın. Əvvəllər maaş aylıq hesablanırdı, indi isə saatlıq olacaq".

Ekspert qeyd edib ki, maaşların artması yalnız minimum əmək haqqının artırılması ilə bağlı ola bilər: "Minimum əmək haqqı artırılsa, bu, digər maaşlara da təsir edəcək. Amma böyük ehtimalla bu məsələyə ilin sonunda baxılacaq. Minimum əmək haqqının saatlıq və ya aylıq olması onun artımına təsir etmir. Hökumət istəsə, minimum əmək haqqını ayrıca qərarla, məsələn, 50% də artıra bilər. Sistemin dəyişməsi ilə bunun heç bir əlaqəsi yoxdur. Əvvəllər aylıq 400 manat idi, indi isə bu məbləğ saatlıq şəkildə bölünəcək, məsələ bundan ibarətdir".

Saatbaşına nə qədər qazanırıq?

Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanda ixtisassız əməyə və xidmət sahələrinə görə işçilərə minimum əmək haqqı əsasında ödəniş edilir. Hazırda ölkədə minimum əmək haqqı məbləği 400 manatdır. Bu rəqəm 1 yanvar 2025-ci ildə müəyyən edilib və 700 min nəfəri əhatə edir. Bunun da 400 mini dövlət, 300 mini isə özəl sektorda çalışır.

Mövcud göstəricilərə əsaslanaraq, əgər aylıq minimum əmək haqqı sistemindən saatlıq sistemə keçiləcəksə, həmin vəsaitin saatlıq qarşılığını hesablamaq mümkündür. Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, ölkədə gündəlik normativ iş vaxtı maksimum 8 saat, həftəlik isə 40 saat təşkil edir. Ay ərzində orta hesabla 160 saatlıq iş vaxtı nəzərə alınarsa, 400 manatlıq aylıq minimum əmək haqqı 160 saata bölündükdə (400 : 160 = 2.5 AZN) bu zaman həmin işçinin saatlıq məvacibi təxminən 2 manat 50 qəpik təşkil edəcək.

Digər ölkələrdə vəziyyət necədir?

Qeyd edək ki, dünyada saatlıq minimum əmək haqqı ölkədən-ölkəyə dəyişir və bu fərqliliklər iqtisadi inkişaf səviyyəsi, həyat dəyəri və əmək bazarının xüsusiyyətləri ilə əlaqədardır. Məsələn, Avropa ölkələrinin əksəriyyətində uzun illərdir ki, artıq saatlıq minimum əmək haqqı sistemi tətbiq olunur. Hazırda Avropada orta hesabla saatlıq minimum əmək haqqı təxminən 11 avro təşkil edir. Bununla belə, bir çox ölkələrdə bu göstərici 11 avronu üstələyir və hər il yenilənərək artırılır.

Məsələn, qardaş ölkə Türkiyədə 2025-ci il üçün aylıq minimum əmək haqqı 28075 türk lirəsi təşkil edib. Həftəlik 45 saatlıq iş rejimi nəzərə alındıqda, bu, saatlıq təxminən 155 türk lirəsi və ya təxminən 5 manat 83 qəpik edir.

Qonşu Gürcüstanda isə dövlət səviyyəsində minimum saatlıq əmək haqqı 5.15 dollar olsa da, əksər işçilərə saatlıq 7.25 dollar məvacib ödənilir ki, bu da təxminən 12 manat 33 qəpik edir.

Rusiyada aylıq minimum əmək haqqı 22440 rubl təşkil edir. Həftəlik 40 saatlıq iş rejimi nəzərə alındıqda, bu, saatlıq təxminən 129.65 rubl, cari məzənnə ilə təxminən 2 manat 38 qəpik edir. Ermənistana gəlincə, burada aylıq minimum əmək haqqı məbləği 75000 erməni dramıdır. Bu, saatbaşına 500 erməni dramına (təxminən 2 manat 25 qəpik) bərabərdir.

Maraq üçün digər ölkələrdə saatbaşına ödənilən minimal əmək haqqı məbləğini təqdim edirik:

- Avstraliya - 15,23 dollar (25.90 AZN);

- Yeni Zellandiya - 13,90 dollar (23. 64 AZN);

- Almaniya - 12 avro (21.60 AZN);

- Fransa - 11.65 avro (20.97 AZN);

- Niderland - 10.44 avro (18.79 AZN);

- Belçika - 10.38 avro (18.68 AZN);

- İrlandiya - 9.62 avro (17.31 AZN);

- ABŞ (Kaliforniya) - 20 dollar (34 AZN);

- ABŞ (Vaşinqton) - 17.50 dollar (29.75 AZN);

- İsrail - 9.46 dollar (16.08 AZN);

- Yaponiya (Tokyo) - 7.50 dollar (12.75 AZN);

- İsveçrə (Cenevrə) - 23 İsveç kronu (44.16 AZN).

E. Bəyməmmədli

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 May 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri