Icma.az
close
up
RU
Azərbaycanda da uşaqsız ailəni təbliğ edənlər CƏZALANDIRILACAQ?

Azərbaycanda da uşaqsız ailəni təbliğ edənlər CƏZALANDIRILACAQ?

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyada uşaqsız həyat tərzini təbliğ edənlər ən azı 5 milyon rubl cərimələnəcək. Bununla bağlı qanun layihəsi Dövlət Dumasında  ikinci və üçüncü oxunuşlarda qəbul edilib.
 

MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda 1524 ailədə 9 və daha çox uşaq var – RƏSMİ


Yeni qanuna əsasən, könüllü olaraq uşaq sahibi olmamaq barədə təbliğat qeyri-ənənəvi cinsi münasibətləri və ya cinsi kimlik dəyişikliklərini təbliğ edənlər üçün nəzərdə tutulan cəzalarla eyni qaydada cəzalandırılacaq.
Layihə çərçivəsində vətəndaşlar üçün 100 min rubl (1,021 dollar), vəzifəli şəxslər üçün 200 min rubl (2,042 dollar), hüquqi şəxslər üçün isə bir milyon rubla (10,208 dollar) qədər cərimə və ya 90 günədək inzibati fəaliyyətin dayandırılması cəzası nəzərdə tutulur.
Bu təbliğat azyaşlılara ünvanlanarsa, cərimələr iki dəfə artırıla bilər. Media və ya internet vasitəsilə yayımlanan belə təbliğat üçün vətəndaşlar üçün cərimə 200 min rubl (2,042 dollar), vəzifəli şəxslər üçün 400 min rubl (4,084 dollar), hüquqi şəxslər üçün isə dörd milyon rubla (40,835 dollar) qədər ola bilər.
Könüllü uşaqsızlıq təbliğatının maksimum cəriməsi isə beş milyon rubl (51,044 dollar) olacaq və bu, azyaşlılara internet və ya media vasitəsilə ünvanlanan təbliğat üçün hüquqi şəxslərə tətbiq ediləcək. Bu halda, vətəndaşlar üçün cərimə 400 min rubl (4,084 dollar), vəzifəli şəxslər üçün isə 800 min rubl (8,167 dollar) olacaq.
Cari sanksiyalar xarici vətəndaşlara da şamil olunacaq.
Uşaqsız həyat tərzini təbliğ edən xarici vətəndaşlar üçün cərimə 100 min rubla (1,020 dollar) qədər olacaq və onlara Rusiyadan inzibati deportasiya və ya 15 günədək həbs tədbiq edilə bilər. Əgər söhbət azyaşlılara internet və ya digər media vasitəsilə belə təbliğat ünvanlanmasından gedirsə, cərimə 200 min rubldan (2,041 dollar) 400 min rubla (4,084 dollar) qədər dəyişəcək və deportasiya tədbiri də nəzərdə tutulur.
Ailə institutunu qorumaq üçün atılan belə bir addım Azərbaycanda da gündəmə gələ bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Fazil Mustafa bildirib ki, bu cür təşəbbüslər çoxdur:
“Rusiyada bu məsələ xüsusilə aktualdır. Türkiyədə də bunun yolları axtarılır. Hesab edirəm ki, bu, cərimə ilə, inzibati yolla düzələn məsələ deyil. Üstəlik, Rusiya modelinin Azərbaycanda tətbiqi heç də uğurlu olmaz. Biz əvvəlcə problemin sosioloji tərəflərini araşdırmalıyıq və tədqiqatlara əsasən ortaya çıxan nəticəyə görə qanunvericilikdə bununla bağlı müəyyən addımlar atıla bilər.
Amma tədqiqat aparmadan, Azərbaycan cəmiyyətinin xüsusiyyətlərini və real durumu anlamadan hansısa addımların atılması ancaq qanunları təqlid olunmasından başqa bir işə yaramayacaq. Ona görə də bu məsələnin inzibati yolla həllinə inanmıram”.
Müsahibimiz bu məsələdə ölkəmizin gecikdiyini də söyləyib:
“Biz indiyə qədər bu məsələnin tədqiqatını aparmalıydıq. “Aparmalıyıqsa, heç olmasa indi aparaq.  Aparacağımız iş də elmi və sosial tədqiqatlara əsaslanmalıdır. Yalnız bundan sonra bu məsələ ilə bağlı hansısa addımların atılması məqsədəmüvafiq ola bilər”.
Surxay Atakişiyev. Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Noyabr 2024 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri