Icma.az
close
up
RU
Azərbaycanda daha bir iş adamı HƏBS EDİLDİ

Azərbaycanda daha bir iş adamı HƏBS EDİLDİ

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Xəbər verildiyi kimi xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır. 

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, istintaq tədbirləri ilə Azərbaycanda qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, Bakı şəhəri, Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Muradova Sahibə Səlimət qızı tərəfindən tərəfindən ümumilikdə 23,4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 39,7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Sahibə Muradova iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Cəfərov Vəfadar Bəxtiyar oğlu tərəfindən konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 900 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 1,5 milyon manatdan artıq) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Vəfadar Cəfərov iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, və *308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə Azekspo-7 MMC tərəfindən ümumilikdə 1,6 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 2,7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İslamov Emin Qarakişi oğlu iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bakı şəhəri, Xətai  rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə “Qızılağac LTK” MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 1 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 1,7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Ağakişiyev Elşən Allahverdi oğlu iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində axtarış elan edilib.

Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddələrilə istintaq edilən cinayət işi üzrə “Paralel N” MMC tərəfindən xarici ölkəyə konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 16 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 27,2 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Dəmirov Eldar İrakif oğlu iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində axtarış elan edilib.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Yanvar 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see282

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see276

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see268

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see256

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see254

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see249

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see243

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see241

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see230

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see225

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see223

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see213

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see205

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see205

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see202

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see200

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see191

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see189

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see183

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri