Icma.az
close
up
RU
Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır ARAŞDIRMA

Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır ARAŞDIRMA

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Müasir dövrdə ali təhsil müəssisələrinin fəaliyyətinin əsas göstəricilərindən biri onların məzunlarını əmək bazarına nə dərəcədə uğurla inteqrasiya edə bilməsidir. Universitetlərin yalnız diplom təqdim edən qurum deyil, real iş bacarıqlarına malik mütəxəssislər hazırlayan strateji mərkəz kimi çıxış etməsi, onların cəmiyyətə və iqtisadi sistemə verdiyi töhfənin başlıca meyarına çevrilib. Bu səbəbdən son illərdə ali təhsil müəssisələrinin qiymətləndirilməsində məzunların işlə təmin olunma göstəriciləri xüsusi əhəmiyyət kəsb edir.

Modern.az Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi”nə əsasən ölkədə fəaliyyət göstərən 31 universitetin məzunlarının məşğulluq reytinqini araşdırıb. 

Reytinqə görə, 2018-2022-ci illər ərzində 31 universitetdə 366 ixtisas üzrə 103 min 396 məzunun 60 min 260-ı, təxminən 58.3 faizi işlə təmin olunub. 

Məzunları ən çox iş tapan universitetlər

Məzunların məşğulluq reytinqinə görə ilk pillədə Bakı Ali Neft Məktəbi gəlir. Universitetdə 4 il ərzində 535 məzunun 402-si, yəni 67.3 %-i işlə təmin olunub. Məzunların böyük əksəriyyəti ixtisasları üzrə özəl və dövlət neft şirkətlərində çalışır.

Siyahıda ikinci yeri ADA Universiteti tutur. Universitetdə 4 il ərzində məzun olanların yarıdan çoxu – 53.5 %-i işlə təmin olunub. Bundan başqa Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetlərinin məzunlarının 50 faizdən çoxu məzun olduqdan 2 il müddətinə iş tapır. 

Ölkənin aparıcı digər ali təhsil ocaqları hesab edilən Dövlət İdarəçilik Akademiyası  49.2%, Azərbaycan Turizm və Menecment Universiteti  49.1%, Azərbaycan Dövlət Pedaqoji Universiteti  48.1%, Milli Aviasiya Akademiyası  46.6%, Azərbaycan Memarlıq və İnşaat Universiteti 46.1% göstərici ilə məzunları ən çox iş tapa bilən universitetlər sırasındadır. 

Məzun sayına görə illlərdir ölkədə lider statusunda olan Bakı Dövlət Universitetində 4 il ərzində 14 min 524 nəfər məzun olub ki, onların da 8 min 174-ü məzun olduqdan sonra iş tapa bilib. Bu da ümumi göstəricinin 40.2 % deməkdir.

Qabiliyyət imtahanı tələb edən universitetlərin məşğulluq reytinqi

Mədəniyyət və incəsənət sahələri üzrə kadr yetişdirən Azərbaycan Milli Konservatoriyası 45.2%,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 40.3%, Bakı Musiqi Akademiyasında isə 39 % məzunu universiteti bitirdikdən sonra iş tapa bilib. 

İdman sahələri üzrə mütəxəssis yetişdirən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında isə bu göstəridi 42.6% təşkil edir. 

Region universitetləri

Region universitetlərində isə məzunların məşğulluq üzrə reytinqləri aşağıdakı kimidir:

Sumqayıt Dövlət Universiteti – 43.2%
Lənkəran Dövlət Universiteti – 47.5%
ADPU Quba filialı – 43.1%
Mingəçevir Dövlət Universiteti – 42.4%
Naxçıvan Dövlət Universiteti – 39.2%
Azərbaycan Dövlət Aqrar Universiteti – 39.0%
Naxçıvan Müəllimlər İnstitutu – 30.6%

Tədqiqatlar onu göstərir ki, özəl universitetlərin məzunlarının işlə təmin olunmasında dövlət universitetləri ilə müqayisədə ciddi fərq yoxdur. 

Özəl universitetlər

Özəl universitetlərin məzunlarının ortalama 40,4 %-i işlə təmin olunub. Özəl universitetlər arasında məzunların məşğulluq reytinqində liderliyi Bakı Biznes Universitetinə aiddir. Universitetin məzunlarının 4 il ərzində 46.4% iş tapa bilib. 

Bundan başqa Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 44.9%, Xəzər Universiteti 44.7%, Azərbaycan Texniki Universiteti 43.0%, Bakı Mühəndislik Universiteti 40.8%, Azərbaycan Universiteti 38.7%, Bakı Avrasiya Universiteti 35.9%, Azərbaycan Texnologiya Universiteti 34.7%, Bakı Qızlar Universitetində isə bu göstərici 34.5%-dir.
 

Reytinqdə ən sonuncu gələn universitet

Siyahıda olan universitetlər arasında məzunları ən az iş tapan universitet Bakı Slavyan Universitetidir. Belə ki, 4 il ərzində universitetdən məzun olan 671 tələbə iş tapa bilib ki, bu da universitetlər arasınnda reytinqdə 26.2% səslə ən aşağı reytinq deməkdir. 


Ümumilikdə məzun olanların 25,4 % (14 min 495 nəfər) dövlət, 84,6 % (42 min 469 nəfərr) özəl sektorda çalışır. 
2018–2022-ci illərdə əmək bazarına keçid edən məzunların ixtisaslarına baxdıqda, bir sıra sahələrin digər sahələrə nisbətən daha çox tələbat gördüyü aydın olur. Ən çox işlə təmin olunmuş məzunlar aşağıdakı ixtisaslar üzrə təhsil alan şəxslər olub:


1.    İqtisadiyyat – 2,554 nəfər
2.    Maliyyə – 1,806 nəfər
3.    Mühasibat uçotu və audit – 1,746 nəfər
4.    Menecment – 1,574 nəfər
5.    Sənayenin təşkili və idarə olunması  – 1,515 nəfər
6.    Biznesin idarə edilməsi  – 1,331 nəfər
7.    Dünya iqtisadiyyatı  – 1,315 nəfər
8.    Azərbaycan dili və ədəbiyyatı müəllimliyi  – 1,096 nəfər
9.    Bədən tərbiyəsi və idman  – 1,044 nəfər
10.    Hüquqşünaslıq  – 868 nəfər

Məzunların əksəriyyəti isə aşağıdakı sahələr üzrə çalışır:


1.    Mərkəzi Bank və maliyyə sektorunun fəaliyyəti – 3,346 nəfər
2.    İxtisaslaşdırılmamış mağazalar – 2,334 nəfər
3.    İxtisaslaşdırılmamış topdansatış – 1,918 nəfər
4.    Ümumi xarakterli dövlət idarəetməsi – 1,797 nəfər
5.    Restoran və ictimai iaşə xidməti – 1,705 nəfər
6.    Ümumi orta təhsil (ikinci dərəcəli məktəblər) – 1,683 nəfər
7.    Ali təhsil müəssisələri – 1,396 nəfər
8.    İxtisaslaşdırılmış mağazalar – 1,303 nəfər
9.    Digər xidmət və idarəetmə sahələri – 1,146 nəfər
10.  Sosial proqramların idarə edilməsi – 887 nəfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:564
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 May 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri