Azərbaycanda daşınmaz əmlak bazarının həcmi 500 milyard dolları keçə bilər
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin sonuna qədər Azərbaycanda daşınmaz əmlak bazarının həcminin 501,33 milyard ABŞ dollarına çatacağı gözlənilir.
“Report”un Beynəlxalq Statistika Komitəsindən əldə etdiyti məlumata görə, bunun 403,46 milyard ABŞ dolları bazarın əsas seqmenti olan yaşayış evlərinin payına düşəcək.
2025–2029-cu illərdə bu seqmentin illik orta artım tempi 7,39 % təşkil edəcək və nəticədə 2029-cu ildə bazarın həcmi 666,65 milyard ABŞ dollarına yüksələcək.
"Azərbaycanın daşınmaz əmlak bazarında lüks mülklərə tələbat artmaqdadır. Bu tendensiyanın əsas səbəblərindən biri ölkəyə yönələn xarici investisiyaların çoxalmasıdır", - deyə məlumatda qeyd olunub.
Bu il dünyada daşınmaz əmlak bazarından ən yüksək gəlirin ABŞ-da qeydə alınacağı proqnozlaşdırılır – 136,6 trilyon ABŞ dolları.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 26 Avqust 2025 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















