Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Azərbaycanda dəhşət: 15 il əvvəl anasını öldürmüşdü, həbsdən çıxıb bacısını qətlə yetirdi TƏFƏRRÜAT

Azərbaycanda dəhşət: 15 il əvvəl anasını öldürmüşdü, həbsdən çıxıb bacısını qətlə yetirdi TƏFƏRRÜAT

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə şəhərində 1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəminində qohumu Fidanı (adlar şərti verilib – red.) öldürüb.

BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, Vüqar 1989-cuil təvəllüdlü ögey bacısı Fidanın müğənnilik fəaliyyəti ilə məşğul olmasını özü üçün alçaldıcı hərəkət hesab edib.

O, bacısını öldürmək qərarına gəlib. Bu məqsədlə 2023-cü ilin noyabrın 2-də səhər saat 7 radələrində bacısının Gəncə şəhəri, Yeni qəsəbədə yaşadığı binanın qarşısına gəlib, havanın işıqlanmasını gözləyib.

Vüqar bacısının mənzildən çıxaraq binanın qarşısında gözləyən taksiyə yaxınlaşanda ona öz iradını bildirib. Fidan qardaşının onunla mübahisə etməsindən sonra yaxınlıqdakı polis şöbəsinə gedərək məlumat vermək istəyib.

Vüqar Fidanın ardınca qaçaraq onu tutub və ona çoxsaylı bıçaq zərbələri vurub. Qadın hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Bacıma dedim ki, müğənnilik fəaliyyətindən əl çək"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, mərhum Fidan onun atabir bacısıdır: "Bacımla dəfələrlə telefonda danışmışam və görüşmüşəm. Onun müğənnilik fəaliyyətindən çəkinməsini istəmişəm. Müğənnilik edən qadının abır-həyası olmaz deyə düşünmüşəm. "Hər ehtiyacını ödəyirəm, müğənnilik fəaliyyətindən əl çək" demişəm.

Bacım isə mənə bildirdi ki, 9 min manat borcu var. Bu borcunun tam ödənilməsini də öz üzərimə götürdüyümü bildirdim. Bir nəfərin yanına gedərək, mənə sabaha 10 min manat pul lazım olduğunu və həmin məbləği evimi satdıqdan sonra qaytaracağımı söylədim. O da problem yoxdu dedi".

Təqsirləndirilən şəxs qeyd edib ki, bacısı səs-küy edib, dava salıb və oradan uzaqlaşıb: "Sonra qardaşım Əhmədlə bibim oğlu Əfqan gəldi. Bizim danışıqlarımız alınmadı. Əfqanla heç bir söhbətimiz olmadı. O, mehribançılıq yaratmaq üçün gəlmişdi.

Bacım dəfələrlə gələrək evdə səs-küy salıb və gedib. Bununla bağlı polis şöbəsindən mənə zəng də olunub, Gülnar və Səidə adlı şəxsləri tanıyıb-tanımam soruşulub".

"Söyüş və təhqirlər oldu"

Vüqarın ifadəsinə görə, bacısı yenidən dava-dalaş və səs-küy salandan sonra daha onunla görüşməyib: "Axırıncı dəfə noyabrın 2-də Gəncə şəhərinə gəldim və uşağın məktəbə getməsini gözlədim. Uşaq məktəbə getdikdən sonra fikrim evə qalxmaq və bacımla söhbət etmək idi.

Həmin vaxt mən avtomobildə gözləyirdim. Bundan xəbər tutan bacım oraya gəldi, gəlişimin səbəbini soruşdu. Mən də söhbət etmək üçün gəldiyimi bildirdim. Bacım səs-küy saldı. Ona buranın yaşayış yerinin olduğunu bildirərək evə qalxmağı təklif etdim. Daha sonra söyüş və təhqirlər oldu. Nəticədə bu hadisə baş verdi".

Vüqarın sözlərinə görə, hadisə baş verən zaman Sumqayıt şəhərində yaşayıb, Gəncəyə taksi ilə gəlib: "Həmin əraziyə də taksiylə gəldim. Fidangil özləri aşağı düşdülər. Qardaşımın qayını, qayını arvadı, bacısı da orada olublar. Onlar taksiyə yaxınlaşdılar, Fidan məndən "bura niyə gəlmisən" deyə soruşdu. "Gəlmişəm səninlə söhbət etməyə" dedim.

Bacıma binanın qabağında söhbət etməyimizin ayıb olduğunu bildirdim, evə qalxmağı təklif etdim. O, səs-küy, qışqır-bağır saldı, polisə tərəf getdi. Ona 17 bıçaq zərbəsi vurdum.

Hadisə vaxtı qardaşımın qayını da yanılmdaydı. Daha sonra məni polis şöbəsinə apardılar. Fidan isə hadisə yerində qaldı. Bacıma kömək olunub-olunmasından xəbər tutmadım. Mən tanımadığım yerə gəlmişdim, bıçağı bacımı ödürmək məqsədi ilə götürməmişdim".

"Anamı öldürdüm, 15 il həbsdə yatdım"

Vüqar ifadəsində göstərib ki, bundan əvvəl doğma anasını qətlə yetirdiyinə görə məhkumluq həyatı yaşayıb: "Anamı da eyni səbəbdən qətlə yetirmişdim. 15 il həbsdə yatdım. Hadisədən 6 ay əvvəl həbsdən çıxmışdım. Mən belə şeyləri qəbul etmirəm.

Cəza çəkərkən bacıma zənglər etmişəm və bu yoldan çəkinməsini istəmişəm. Fidan mənə müğənnilik fəaliyyəti ilə məşğul olmayacağına söz versə də, vədinə əməl etmədi.

Mən bacımı öldürmək istəmirdim. Onun ölümünün səbəbkarı öz qohumlarıdı. Bacıma evimi verməyi də təklif etmişdim. Törətdiyim əməldən peşman deyiləm".

"Qardaşımdan şikayətçiyəm"

İş üzrə zərərçəkmiş Fidanın hüquqi varisi qismində bacısı Əsmər tanınıb. Hüquqi varis həm də təqsirləndirilənin ögey bacısıdır.

Əsmərin sözlərinə görə, Vüqar dəfələrlə ona zəng edib və "sən şərait qur, mən gəlib, onların kökünü kəsim" deyib: "Ona yalvarırdım, "bizim bacımızın pis bir şeyi olsa, oxumasına özüm razı olmaram" deyirdim. Bacım sadəcə çörək pulu qazanırdı.

Hadisə yerində mən olmamışam. Danışılanlardan bilmişəm ki, Vüqar Fidana 17 bıçaq zərbəsi vurub. O, bacımın müğənnilik etməsini istəmirdi. Mən də "yaxşı, müğənnilik etmirsə, onda gətir ona çörək ver" deyirdim.

Vüqar Fidanın əri Zauru da hədələyirdi. "Sən evdə bir şənlik hazırla, çağır məni, gəlim, onları qırım" söyləyirdi. Vüqardan şikayətçiyəm".

Fidanın öz anasının bacısı isə bildirib ki, təqsirləndirilən Vüqar onun bacısının ögey oğludur: "Bu, Vüqarın 3-cü cinayətdir. Mənim övladım yoxdur. Mən Fidanla bir yerdə yaşayırdım.

Qətl hadisəsindən əvvəl Vüqar Fidanı aldadaraq Bərdə rayonunun kəndinə aparıb. Orada Fidanı gizlədərək ot yığdırıb. Fidan oradan mənə zəng etdi, olduğu yeri dedi. Mən də özümü ora çatdırdım. Vüqar ot tayasının arasından silah çıxardı, biz bir təhər oradan qaçdıq".

"Fidanın vurulmasını görməmişəm"

Şahid daha sonra ifadəsində göstərib ki, Vüqar Fidana zəng edərək müxtəlif vaxtlarda ondan 200 və 400 manat pul alıb: "Vüqar məhbəsdən çıxan kimi Fidanı hədələməyə başladı. Fidan isə "Vüqar, sən mənim qardaşımsan, sənə hörmət eləyirəm" deyirdi.

Gecə saatlarında Fidanın bacısı mənə zəng etdi, Vüqarın 3-4 silahlı adamla evlərinin qarşısına gəldiyini, pəncərələrinin barmaqlıqlarına çıxdıqlarını, onlardan çölə çıxmağı tələb etdiklərini dedi. Mən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum.

Daha sonra işıq projektorunu Vüqargil tərəfə tuşladım, orada 3 nəfər gördüm. Əllərində silah tutmuşdular. Mən orada əlisilahlı adamları görmüşəm. Fidanın vurulmasını görməmişəm".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 19 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət Məcəlləsinin 56.2 və 56.1.4-cü maddələrinə əsasən, təqsirləndirilən şəxs cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl Vüqar öz doğma anasını öldürüb. 2009-cu ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə 15 il cəza alıb.

O, həmin dövrdə də Cinayət Məcəlləsinin 120.2.2 və 120.24-cü maddələri ilə ittiham elan edilib. O, 2008-ci ildə Bərdə rayonunda anasını döyə-döyə öldürüb. İddia olunur ki, Vüqar anasını da qısqanclıq zəminində qətlə yetirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:352
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Aprel 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri