Azərbaycanda DƏHŞƏT: 4 kəndlə əlaqə kəsildi Nə baş verir? FOTO
Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
Son günlər yağan intensiv yağışların yaratdığı fəsadlar səbəbindən İsmayıllıda dörd kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
NOCOMMENT.az xəbər verir ki, Girdiman çayında suyun səviyyəsinin kəskin artması nəticəsində Çəndəhar kəndinə gedən yeganə avtomobil yolu tamamilə dağılıb.
Çəndəharla yanaşı, rayonun Həftəsov, Zarat və Brovdal kəndləri ilə rayon mərkəzi arasında olan nəqliyyat əlaqəsi məhdudlaşıb. Hazırda aidiyyəti qurumların ağır texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub, yolun bərpası istiqamətində işlərə başlanılıb. İlkin mərhələdə çayın məcrasının dəyişdirilməsi və suyun digər istiqamətə yönəldilməsi nəzərdə tutulur.
Məsələ ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətinin kənd üzrə nümayəndəsi Tehran Manaflı “Report”un yerli bürosuna bildirib ki, bir həftədən çox davam edən intensiv yağışlar nəticəsində Girdiman çayında suyun səviyyəsi artıb və bunun nəticəsində nümayəndəliyə daxil olan kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib və hazırda ərazidə bərpa işləri davam etdirilir./Report/




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 01 May 2026 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















