Azərbaycanda DƏHŞƏT: Qadın sevgilisini nikahdan imtina etdiyi üçün öldürübmüş
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qeyri-rəsmi birlikdə yaşadığı kişini öldürməkdə ittiham olunan Ruhiyyə Tahirovanın cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Çıxışda deyilir ki, xanım müttəhim onunla nikaha girməkdən imtina edən sevgilisini qəsdən həyatdan məhrum edib. O, cinayət aləti kimi bıçaqdan istifadə edib. Verilmiş ittiham məhkəmə yolu ilə də təsdiqini tapıb.
Prokuror Ruhiyyə Tahirovanın qəsdən adam öldürməkdə təqsirli bilinərək 12 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib. Müdafiə tərəfinə çıxışa hazırlanması üçün vaxt verilib.
Qeyd edək ki, hadisə ötən ilin mayın 30-da baş verib.
İttihama görə, 49 yaşlı Ruhiyyə qeyri-rəsmi münasibətdə olduğu, özündən 10 yaş böyük Samir İsrafilovun onunla evlilikdən imtina etməsini təhqir hesab edib. Həmin səbəb də bu cinayətin baş verməsinə gətirib çıxarıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 13 Yanvar 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















