Icma.az
close
up
RU
Azərbaycanda DƏHŞƏT: qulağına səslər gələn kişi görün nə etdi

Azərbaycanda DƏHŞƏT: qulağına səslər gələn kişi görün nə etdi

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Xırdalan şəhərində 33 yaşlı Miryunis Miriyev həyat yoldaşını bıçaqlayıb.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksində baş verib.

1991-ci il təvəllüdlü Miryunis Miriyev gecə saat 2 radələrində bıçaqla həyat yoldaşı Xalidəyə hücum edib. Döş qəfəsindən ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Araşdırmalar zamanı məlum olub ki, Miryunis bir neçə il əvvəl ruhi-əsəb xəstəliyindən əziyyət çəkib və müalicə olunub. Lakin onda bəzi problemlər qalıb. Hadisə baş verən gün də M. Miriyevin qulağına səslər gəlib və arvadını bıçaqlamaq fikrinə düşüb.

Bıçaqlanan qadın hadisə barədə ifadəsində bunları deyib:

“2021-ci ildə ailə qurmuşuq, oğlumuz dünyaya gəlib. Ərimlə münasibətlərim yaxşı olub, o, mənə və uşağına qarşı qayğılı, diqqətli insandır. Miryunis ilə evlənəndən sonra bildim ki, təxminən 3-4 il əvvəl Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında müalicə alıb. Hadisədən təxminən 2 həftə əvvəldən başlayaraq Miryunis mənə onun qulağına səslər gəldiyini və bu səslərin ona “Həyat yoldaşın sənə xəyanət edir, əvvəl onu öldür, sonra da özünü öldür” dediyini bildirirdi. Mən bu məsələni ciddiyə almırdım, onu sakitləşdirməklə kifayətlənirdim. Hadisə baş verdiyi 7 fevral 2024-cü il tarixdə Miryunislə gün ərzində evdə olmuşuq. Həmin gecə saat 2 radələrində ərim narahat vəziyyətdə evin daxilində var-gəl etməyə başladı, yenidən qulağına səslər gəldiyini dedi. Qorxduğum üçün qayınanama zəng etdim. Mənə uşağı götürüb baldızımgilin evinə getməyimi tapşırdı. Həmin vaxt Miryunisin intihar edəcəyindən ehtiyatlandığım üçün baldızımgilə getmədim. Bu zaman ərim mətbəxdən bıçaq götürüb geri qayıtdı və qəfil hücum edərək məni vurdu. Qapını açıb pilləkənlərlə qaçıb yaxınlıqda yerləşən digər binada yaşayan baldızımgilin evinə getdim. Qapını açıb məni içəri saldılar, ilkin tibbi yardım göstərdilər. Sonra gedib evdən uşağı da gətirdilər. Bundan sonra məni xəstəxanaya çatdırıb əməliyyat etdirdilər”.

Bıçaqlanan qadın bildirib ki, hazırda əri ilə bir evdə mehriban şəraitdə yaşayırlar və onun həbs olunmasını istəmir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi ötən həftə M. Miriyevə hökm oxuyub. Məhkəmənin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin cəza şərti hesab edilib və təqsirləndirilən şəxs azadlıqda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Dekabr 2024 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri