Icma.az
close
up
RU
Azərbaycanda dəmir filizi ehtiyatının 187 milyon tondan çox olması təsdiqlənib

Azərbaycanda dəmir filizi ehtiyatının 187 milyon tondan çox olması təsdiqlənib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Həyata keçirilmiş ilkin qiymətləndirmə çərçivəsində aparılan geoloji tədqiqatlar nəticəsində yataqlar üzrə 70 milyon ton artım qeydə alınıb. Ümumilikdə isə yerin təkində 187,3 milyon ton dəmir filizi ehtiyatı təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bunu "AzerGold" QSC-nin sədri Zakir İbrahimov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən brifinqdə deyib.

O bildirib ki, bu həcm potensial olaraq gələcəkdə yataqların 15 il əlavə istismarı deməkdir.

“Hazırda bu mərhələ üzrə yekun bank təyinatlı Texniki-İqtisadi Qiymətləndirmə prosesi həyata keçirilir. Proses çərçivəsində geoloji, metallurji, texniki və iqtisadi təhlillər tamamlandıqdan sonra layihənin bu hissəsi üzrə tikinti-quruculuq işlərinə başlanılacaq. Layihənin ikinci mərhələsi illik 2 milyon ton istehsal gücünə malik zavodun qurulmasını əhatə edir. Bu mərhələ layihənin əsas kapital yüklü komponentidir. Ümumi investisiya dəyəri təqribən 700 milyon dollar təşkil edir. Məhz bu mərhələnin icrası məqsədilə Qazaxıstanın investisiya şirkəti “Fonte GreenMet Investments Fund” ilə strateji əməkdaşlıq qurulub. Bu əməkdaşlığın nəticəsi olaraq, “Daşkəsən Dəmir Filiz” MMC və “Fonte GreenMet Investments Fund” tərəfindən birgə müəssisə - “Azerbaijan Metal Company” MMC təsis edilib. Bu təşəbbüs, ölkəmizdə ilk dəfə olaraq birbaşa reduksiya texnologiyası əsasında irihəcmli istehsalat kompleksinin yaradılmasına imkan verəcək. Azərbaycanın sənaye və mədən sektorunun inkişafına, ixrac potensialının artırılmasına, həmçinin müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin yerli istehsalata inteqrasiyasına xidmət edəcək. Strateji layihə ölkəmizin ÜDM-nə ildə təxminən 694 milyon dollar həcmində töhfə verəcək, regionda məşğulluğu böyük ölçüdə artıraraq, 1600 nəfərə qədər yerli mütəxəssisin işlə təminatına imkan yaradacaq”, - deyə Zakir İbrahimov qeyd edib.

Z.İbrahimov vurğulayıb ki, Daşkəsən dəmir filizi layihəsinin hər iki mərhələsinin kompleks şəkildə icrası regiona daha böyük sosial-iqtisadi dividendlər qazandıracaq: “Birbaşa və dolayı təsirlər nəticəsində təxminən 4000 iş yerinin yaradılmasına imkan yaratmaqla, əməliyyatlara başlanıldıqdan sonrakı dövr ərzində ölkə üzrə ÜDM-ə təqribən 13 milyard dollar həcmində töhfə veriləcək. Bu investisiya təkcə sənaye və mədən sahələrinin inkişafını stimullaşdırmaqla kifayətlənməyəcək, eyni zamanda regionda logistika, xidmət və infrastruktur sahələrində əlavə canlanma yaradacaq. Bu yanaşma ixracyönümlü məhsul istehsalına və ölkəmizin polad sənayesinin xammal təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək. Mərhələli şəkildə həyata keçiriləcək bu proses genişmiqyaslı sənaye sinerjisi yaradacaq, yerli və regional bazarlar üçün rəqabətqabiliyyətli məhsul istehsalı təmin olunacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri