Azərbaycanda dəniz ilə yük daşımalarından gəlirlər 20 faizdən çox artıb
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda bu ilin birinci yarısında dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarından 130 079 min manat gəlir əldə olunub, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi (108 971,9 min manat) ilə müqayisədə 19,4% çoxdur. Bu barədə Avtosfer.az Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə xəbər verir. Məlumata əsasən, hesabat dövründə dəniz nəqliyyatı ilə yük daşımalarından 129 956 min manat gəlir əldə olunub, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisi (108 151,9 min manat) ilə müqayisədə 20,2% çoxdur. Onu da qeyd etmək lazımdır ki, cari ilin birinci yarısında dəniz nəqliyyatı ilə sərnişin daşımalarından 123 min manat gəlir əldə olunub ki, bu ba ötən ilin müvafiq dövrünün göstəricisi (820 min manat) ilə müqayisədə 85% azdır. Xatırladaq ki, Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-iyun aylarında 4 611,5 min ton yük və 12,8 min sərnişin daşınıb. Bu da illik müqayisədə müvafiq olaraq 11,8% artım və 4,5% azalma deməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 Avqust 2025 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















