Icma.az
close
up
RU
Azərbaycanda dərman xərcləri sürətlə artır Deputat səbəbləri izah etdi

Azərbaycanda dərman xərcləri sürətlə artır Deputat səbəbləri izah etdi

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ilin ilk beş ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artmaqda davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə ümumi dövriyyə 3,8 faiz artaraq 23 milyard 341 milyon manata çatıb. Maraqlıdır ki, bu artımın əsas lokomotivi əczaçılıq məhsulları və tibbi ləvazimatlar olub.

Deputat Vüqar Bayramovun sözlərinə görə, əczaçılıq məhsulları və tibbi ləvazimatlara çəkilən xərclər 18,2 faiz artaraq 598 milyon manatı ötüb. Bu, pərakəndə ticarət strukturunda rekord göstərici hesab olunur və digər istiqamətləri üstələyib. Deputat qeyd edib ki, yalnız bu sahədə iki rəqəmli artım qeydə alınıb, digər sahələr üzrə artım birrəqəmlidir.

Bayramov bildirib ki, xərclərin artması dərman preparatlarının qiymətindəki dəyişikliklər və tibbi xidmətlərə tələbin yüksəlməsi ilə bağlıdır: “Dövlət Statistika Komitəsinin məlumatları da bu tendensiyanı təsdiqləyir. 2025-ci ilin ilk aylarında tibbi xidmətlərin qiyməti 4,5 faiz artıb. Tibbi təyinatlı mallarda da qiymət artımı müşahidə olunur. Bu, təkcə tələbin deyil, qiymətlərin də artdığını göstərir.”

Deputat hesab edir ki, dərman xərclərinin ailə büdcəsinə təsirini nəzərə alaraq, bu sahədə qiymət sabitliyinin qorunması vacibdir: “Dərman qiymətləri müəyyən qədər tənzimlənir. Lakin bununla yanaşı, istehlak xərclərinin optimallaşdırılması da önəmlidir.”

Onun fikrincə, qiymət və xərc tarazlığını təmin etmək üçün yerli istehsal genişləndirilməli, idxaldan asılılıq azaldılmalıdır.

Qeyd edək ki, son illərdə dərmanlara çəkilən xərclər təkcə Azərbaycanda deyil, bir çox ölkədə artmaqdadır. Avropa İttifaqında 2024-cü ildə əczaçılıq məhsullarına adambaşına xərclər ortalama 350 avro təşkil edib. Almaniyada bu rəqəm 450 avro, Fransada isə 410 avronu keçib.

Dünya Bankının məlumatına əsasən, 2023-cü ildə ABŞ-də səhiyyə xərcləri ÜDM-in 17 faizindən çoxunu təşkil edib. Bu xərclərin 12 faizi dərman preparatları və tibbi ləvazimatlara aiddir.

Türkiyədə 2024-cü ilin eyni dövründə əczaçılıq xərcləri 12 faiz artıb. Bu göstərici Azərbaycanla müqayisədə daha aşağı olsa da, inflyasiya və alıcılıq qabiliyyəti baxımından oxşar meyllər müşahidə olunur.

MDB ölkələrində də vəziyyət fərqlidir. Məsələn, Gürcüstanda 2025-ci ilin ilk rübündə əczaçılıq xərcləri 7,5 faiz, Qazaxıstanda isə 9,2 faiz artıb. Azərbaycan isə 18,2 faiz göstərici ilə regional və qlobal ortalamadan xeyli yuxarıda yer alır. Bu isə həm tələbin artdığını, həm də qiymət sabitliyinin qorunmasında çətinliklərin olduğunu göstərir.

Rasim Əliyev
AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 İyul 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri