Icma.az
close
up
RU
Azərbaycanda dərsliklər hazırlanarkən çəkisi NƏZƏRƏ ALINIR?

Azərbaycanda dərsliklər hazırlanarkən çəkisi NƏZƏRƏ ALINIR?

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni tədris ilinin başlanmasına bir aydan az müddət qalıb. Valideynlər artıq məktəbli formaları ilə yanaşı bir sıra dərs ləvazimatları almağa başlayıblar. Bunların içərisində ən önəmlisi isə məktəbli çantasıdır. Çünki şagird məktəbə apardığı bütün əşyaları hər gün həmin çantada daşıyır. Şagirdin yorulmaması, qamətinin düz qalması üçün həm çantanın, həm də onun içərisindəki əşyaların çəkisinə diqqət etmək lazımdır.
Bəs dərsliklər hazırlanarkən uşaqların yaşı, çəkisi nəzərə alınırmı?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, çantanın ağırlığı uşaqlarda bəzi xəstəliklərin yaranmasına səbəb olur:
“Dərsliklərin çəkisi şagirdlərin yaşı və çəkisi nəzərə alınmaqla təyin olunmalıdır. Bəzən bu amil nəşriyyatın və mətbəənin diqqətindən qaçır. Şagirdin çəkisinə uyğun olmayan daha ağır dərsliklər formalaşır ki, bu da şagirdlərin yükünün ağır olmasına gətirib çıxarır”.
Ekspert bildirib ki, dərsliklər hazırlanarkən Nazirlər Kabinetinin müvafiq qərarı nəzərə alınmaldır:
“Məsələn, şagird çantasının çəkisi şagirdin ümumi çəkisinin maksimum 8-10 faizi qədər olmalıdır. Tutaq ki, şagird 10 kiloqramdırsa, o maksimum bir kiloqrama qədər çanta daşıya bilər. Belə olduqda dərsliklərin çəkisi minimum 200-300 qram həcmində formalaşmalıdır. Bu amillər nəzərə alınmaqla dərsliklər hazırlanmalı və çap olunmalıdır.
Təəssüf ki, bəzi hallarda mövzuların daha geniş verilməsi, verilən çalışmaların həcminin böyüklüyü əlavə kağız israfına və kitab çəkisinin daha ağır olmasına gərib çıxarır. Yaxşı olar ki, dərslik hazırlanarkən Nazirlər Kabinetinin müvafiq qərarına əsaslanıb, şagirdlərin yaş psixologiyası, onların çəkisi, gözlərinin zəiflənməsinin qrşısını almaq üçün kağızlar xüsusi olaraq seçilsin. Bütün bunlar Nazirlər Kabinetinin qərarında öz əksini tapıb”.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Avqust 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri