Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə görə subsidiya veriləcək
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə görə subsidiya veriləcək. Belə ki, fermerlər əkin subsidiyası üçün müraciət etdiyi torpaqlarda kənd təsərrüfatı bitkilərinin Aqrar Subsidiya Şurasının müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə subsidiya alacaq.
Bundan başqa, fərmana görə 10 hektar və daha çox torpaq sahəsində Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyasının sığorta müqaviləsi bağlandıqdan sonra verilməsi tələbi 2030-cu il yanvarın 1-nə qədər qüvvədə olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 17 Dekabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















