Azərbaycanda doğum sayı azalıb Rəsmi rəqəmlər açıqlandı
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin yanvar-may aylarında Azərbaycanda doğulan uşaqların sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən hesabat dövründə 34 min 56 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi isə 2025-ci ilin müvafiq dövründəki 9,2-dən 2026-cı ildə 8,0-a enib.
Qeyd olunub ki, doğulan körpələrin 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır.
Statistikaya əsasən, doğulan körpələrdən 1184-ü əkiz, 48-i isə üçəm olub.
Bu mövzuda digər xəbərlər:Azərbaycanda inflyasiya artıb, azalıb? Rəsmi rəqəmlər
18 Avqust 2026 12:23
Azərbaycanda donuzların sayı azalıb RƏQƏMLƏR
27 Dekabr 2025 15:57
Azərbaycanda evlənənlərin sayı azalıb RƏQƏMLƏR
06 İyul 2026 16:23
Azərbaycanda eşşəklərin sayı 2400 baş azalıb RƏQƏMLƏR
11 Sentyabr 2026 15:16
Azərbaycanda nə qədər işsiz var? Rəsmi rəqəmlər açıqlandı /HESABAT
03 Dekabr 2024 12:53
Baxış sayı:126
Bu xəbər 21 İyul 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















