Icma.az
close
up
RU
Azərbaycanda dolların məzənnəsi ilə bağlı YENİ XƏBƏR ucuzlaşa bilər....

Azərbaycanda dolların məzənnəsi ilə bağlı YENİ XƏBƏR ucuzlaşa bilər....

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi xarici ticarət rüsumlarından sonra dollar avro, funt sterlinq və yen daxil olmaqla, bəzi valyutalara nisbətdə ucuzlaşır. Avronun məzənnəsi 0,3 faiz artaraq 1,1399, sterlinqin məzənnəsi isə 0,4 faiz artaraq 1,3143 dollar olub. Bundan əlavə, dollar yen qarşısında 0,7 faiz ucuzlaşaraq 143,52 yendən 142,51 yenə düşüb.

ABŞ valyutasının dünyanın aparıcı valyutalarına nəzərən ortaq məzənnə dəyərini ifadə edən Dollar İndeksi 2024-cü ilin sentyabrından bəri ilk dəfə olaraq 100 həddindən aşağı düşüb.

Dolların ucuzlaşmasını avro ilə olan məzənnədəki dəyişiklikdən də görmək mümkündür.

Bir çox analitiklər dolların ucuzlaşmasını üç böyük iqtisadiyyat arasında baş verən ticarət müharibələri ilə əlaqələndirir. Bunlardan ABŞ-la Avropa İttifaqı arasında münasibətlərin soyuqlaşması fonunda Çin-ABŞ münasibətləri itisadi müharibə həddinə qədər gərilib: ABŞ Çindən bütün mallara 145 faiz rüsum tətbiq edib (sonradan elektronika malları üçün istisna olunub), Çin də ABŞ-dan bütün idxalı 125 faizlik rüsuma cəlb edib. Hazırda iki ölkənin qarşılıqlı ticarət əlaqələri dayanmış vəziyyətdədir. Üstəlik, Pekin Asiya ölkələri və Avropa İttifaqını ABŞ-la ticarət müharibəsində öz tərəfinə çəkmək, fəaliyyətləri əlaqələndirmək üçün aktiv fəaliyyətlərə başlayıb.

ABŞ maliyyə naziri Skott Bessent Çinlə ölkəsi arasında yaranan gərginliyin bütün iqtisadi əlaqələrin dayandırılması ilə nəticələnmə ehtimalını istisna etməyib. Çinin son addımları da göstərir ki, Pekin ABŞ-ın heç bir tələbini qəbul etmək niyyətində deyil. Əksinə, əlində olan bütün mümkün rıçaqlardan ABŞ-a təzyiq üçün istifadə edəcək. Nadir torpaq elementləri və maqnitlərin ixracının tamamən dayandırılması, Çin aviaşirkətlərinə ABŞ-dan təyyarə alınmasının qadağan olunması kimi addımlar Pekinin ticarət savaşında axıra qədər gedəcəyindən xəbər verir.

Bütün bu proseslər fonunda dolların məzənnəsindəki azalma avronun bahalaşması ilə müşayiət olunur. "Bloomberg" agentliyinin yazdığına görə, ABŞ-Çin ticarət müharibəsinin yaratdığı qeyri-müəyyənlik Amerika aktivlərinə bazar inamsızlığını sürətlə artırır. Bu fonda Avropa valyutası investorlar üçün “təhlükəsiz sığınacaq” rolunu oynamağa başlayıb. Agentliyin yazdığına görə, Amerika tariflərinin tətbiqi fonunda avronun artım tempi 15 il ərzində rekord həddə çatıb. Ötən noyabrda ABŞ-da prezident seçkisində Donald Trampın qələbəsindən sonra dollar iki ay dalbadal avroya nisbətdə möhkəmlənib və yanvarın ortalarında demək olar ki, paritetə çatdı. Bir avro indi yanvar ayındakı zirvədən təxminən 10 faiz aşağı düşərək 1,13 dollar dəyərindədir: “İnvestorlar onun qlobal maliyyə sistemindəki rolunu yenidən qiymətləndirdikcə, avro dolların zəifləməsinin əsas benefisiarına çevrilir”.

Avropa şirkətlərinin dollarla daha az gəlir əldə etməsinə və buna görə də ABŞ aktivlərinə investisiyaların azalmasına səbəb ola biləcək ABŞ tarifləri ilə yanaşı, Almaniyada siyasətin dəyişməsi avronun möhkəmlənməsində rol oynayır. Almaniyanın may ayında işə başlaması gözlənilən yeni hökuməti dövlət xərclərini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır ki, bu da tariflərin Avropa İttifaqında iqtisadi fəaliyyətə mənfi təsirini yumşalda bilər.

Bütün ekspertlər avronun bahalaşmasının uzunmüddətli olacağına, o cümlədən Avropa mallarını xarici alıcılar üçün bahalaşdıracağına inanmasalar da, “Avropa valyutası, şübhəsiz ki, Amerika iqtisadiyyatı və bununla da dollarla bağlı artan şübhələr fonunda dolların ənənəvi təhlükəsiz sığınacaq rolunu öz üzərinə götürüb”. Agentlik qeyd edir ki, avronun bu rolu böhran vəziyyətləri üçün qeyri-adidir, çünki bu valyuta əvvəllər riskli aktiv hesab olunurdu.

Ekspertlərə görə, Avropa Mərkəzi Bankı üçün avronun yeni rolunu idarə etmək, yerli biznesin bahalı avrodan çəkəcəyi zərəri minimuma endirmək kimi çox ciddi problemlər formalaşır.

İqtisadçı-ekspert Elman Sadıqovun “Yeni Müsavat”a dediyinə görə, iqtisadiyyatının indiki vəziyyətində avronun məzənnəsindəki möhkəmlənmə Avropa İttifaqı üçün heç də müsbət proses kimi qiymətləndirilə bilməz: “Dolların ucuzlaşması gözlənilməz proses deyil, ABŞ üçün mənfi proses heç deyil. Çünki Donald Tramp hələ seçkiqabağı təbliğat çıxışlarında deyirdi ki, ABŞ-ın iri ticarət tərəfdaşları bilərəkdən öz valyutalarını ucuzlaşdırmaqla ixracı stimullaşdırıb ABŞ-a zərər vurublar. Bu fikrin reallıq payı çoxdur, çünki ABŞ-ın ixracatçıdan daha çox idxalçıya çevrilməsində avro, yen, yuan, funt kimi valyutaların onların hökumətləri tərəfindən ucuzlaşdırılması mühüm rol oynayıb. Xatırlayırsınızsa, avro yeni tədavülə buraxılanda və ondan sonrakı ilk illərdə baha idi. Sonrakı illərdə 30 faizə qədər ucuzlaşdı, bu, Avropa İttifaqı, xüsusilə də Almaniya iqtisadiyyatının inkişafına təkan verdi, ixracın kəskin artımına səbəb oldu. İndiki halda dolların 1,2 avronu keçməsi Avropa üçün ixracın azalması baxımından çox böyük problemlər yarada bilər”.

Ekspert bildirir ki, gedən proses avronun bahalaşması deyil, məhz dolların ucuzlaşmasıdır: “Bu prosesin avronu dünyanın ehtiyat valyutasına çevirəcəyini real hesab etmirəm. Çünki vaxtilə 1 dolların 1,45-1,60 avroya qədər bahalaşdığı dövrlər olub. Bu, heç də dünyada dolların ehtiyat valyuta mövqeyini avronun xeyrinə itirməsi ilə nəticələnməyib. Hətta ABŞ-dakı maliyyə böhranı da bununla nəticələnməyib. İndiki halda avronun dollar qarşısında bahalaşması Avropa üçün yaxşı heç nə vəd etmir. Bu valyutanın idarəetməsi yalnız Avropa Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Avropanın vahid maliyyə nazirliyi belə yoxdur. Üstəlik, Avropa İttifaqı daxilində ölkələrin inkişaf səviyyələri arasında kəskin fərqlənmə var. Dollar/avro məzənnəsinin müxtəlif səviyyələri bu ölkələrə fərqli təsir göstərir. Eyni zamanda onların hər birinin ayrı-ayrı problemləri, çətinlikləri var. Belə bir şəraitdə avronun dünyanın ən güclü ehtiyat valyutası olması, bu işin öhdəsindən gəlinməsi mümkün deyil. Digər tərəfdən, Çinin ABŞ-la mübarizədə Avropa İttifaqına yaxınlaşması birlik üçün ciddi təhdidlər formalaşdırır: Amerikaya getməyən ucuz Çin malları Avropa bazarlarına kütləvi axa bilər. İndiyədək Avropa İttifaqı bu axının qarşısını rüsumlardan əlavə, idxal həcmlərinə limit qoymaqla ala bilib. Bundan sonra daha da artan təzyiqə necə davam gətiriləcək - bu, çox ciddi məsələdir”.

Dolların ucuzlaşmasının xammal bazarlarına qiymətartırıcı təsiri həmişə müşahidə olunub. ABŞ-Çin ticarət müharibəsi və Trampın rüsum siyasətinə görə 60 dollara qədər azalan neft qiymətlərinin 64-65 dollar həddinə yüksəlməsinin əsas səbəbi olaraq məhz dolların ucuzlaşması göstərilir. E.Sadıqovun fikrincə, bu təsir davamlı deyil: “ABŞ hazırda çox incə siyasət yürütməyə çalışır: dolların ucuzlaşması bütün istiqamətlərdə təsirini göstərsə də, enerji bazarında bu təsir çox cüzi hiss olunur. ABŞ enerji qiymətlərinin hazırkı səviyyədən yuxarı qalxmasına imkan vermək istəmir. Dollar altılıq səbətə qarşı 20 faiz ucuzlaşsa belə, ABŞ enerji qiymətlərinin qalxmasına imkan verməyəcək. Çünki bu, ABŞ-da inflyasiyanın sürətlənməsinin qarşısını alır. Hazırda dünyada bazara kifayət qədər neft çıxarılması imkanları var, ABŞ kiminsə onu qəsdən bazardan çəkməsinə yol verməz. Çünki bu halda yürüdülən tarif siyasətinin effekti olmaz. Düşünmürəm ki, hansısa ərəb ölkəsi indiki durumda Trampın iradəsinə qarşı gedib bazara çıxardığı neftin həcmini azaltsın”.

Təcrübə göstərir ki, Azərbaycanda dolların məzənnəsi birbaşa neft bazarındakı qiymət və ixrac həcmlərindən asılıdır. Birinci rübün yekununda Azərbaycan neftinin orta qiyməti 77 dollar təşkil edib. Bu, dövlət büdcəsində nəzərdə tutulandan 7 dollar yuxarıdır. Apreldən isə qiymət 65-67 dollar arasında dəyişir. Bu vəziyyətin 5-6 ay davam etməsi Azərbaycan büdcəsi üçün problemlər yarada, eyni zamanda ölkədə dollar çatışmazlığına səbəb ola bilər. Buna həm də ölkənin neft ixracındakı azalma təkan verəcək. Belə ki, rəsmi statistikaya əsasən, birinci rübdə Azərbaycanda 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,8 milyon ton təşkil edib.

Rüb ərzində 5,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 4,9 milyon tonu konsorsiumların, 0,7 milyon tonu SOCAR-ın, 0,14 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Beləliklə, birinci rübdə Azərbaycanda neft hasilatı illik ifadədə 400 min ton azalıb. Bunun 200 min tonu “Azəri-Çıraq-Günəşli”də, 100 min tonu (kondensat) “Şahdəniz”də,  100 min tonu isə SOCAR üzrə qeydə alınıb.

İxracda 300 min ton AÇG, 100 min ton SOCAR üzrə azalma var.  Neft ixracındakı azalma fonunda qaz ixracının da düşməsi müşahidə olunur. Bu ilin 3 ayında xaricə 6 milyard kubmetr qaz satılıb ki, bu da 2024-cü ilin  eyni dövründəki 6,4 milyard kubmetrdən 0,4 milyard kubmetr azdır. Qaz ixracındakı azalma neft ixracından azalan gəlirlərin kompensasiya olunmamasına səbəb olur.

Ekspertlərə görə, neft qiymətləri ikinci rübün sonunadək 70 dollardan aşağı olarsa, bu, büdcə gəlirlərinin təminatında problemə səbəb olmayacaq. Lakin prosesin 3-cü rübdə də davam etməsi həm büdcənin icrasında, həm də ölkənin artan idxalının valyuta təminatında ciddi problemlər yarada, dollar qıtlığına səbəb ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 Aprel 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri