Azərbaycanda dördüncü kurs tələbəsi faciəvi şəkildə öldü, iyulda hərbi xidmətə gedəcəkdi
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə universitetin rəsmi sosial şəbəkə hesabında bildirilib.
Qeyd edilib ki, universitetin sonuncu kurs tələbəsi Əşrəf Mirzəyev bu gün səhər baş verən yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.
Əşrəf Mirzəyev bir neçə il əvvəl universitetə imtahan verməyə hazırlaşanda qəflətən atasını da itirib. O universiteti bitirib iyul ayında hərbi xidmətə gedəcək, qayıdıb işləyəcək, ailə başçısı kimi anasına, bacılarına dəstək olacaqdı.
Xatırladaq ki, Sadəddin Əjdər oğlu Ağakişiyev etibarnamə əsasında idarə etdiyi "Toyota Prius" markalı, 77-KZ-106 dövlət qeydiyyat nişanlı avtomobillə Samir Sabir oğlu Məmmədovun idarə etdiyi "Minsk" markalı mopedlə toqquşub.
Nəticədə mopeddə olan sərnişin Əşrəf Nəsrəddin oğlu Mirzəyev almış olduğu müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.
Baxış sayı:94
Bu xəbər 19 May 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















