Azərbaycanda Dövlət İnformasiya Ehtiyatlarındakı boşluqları tapanlar mükafat alacaq
Icma.az bildirir, Missiya.az portalına istinadən.
"Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaxın aylarda ilk dəfə Dövlət İnformasiya Ehtiyatları üzrə "Bug bounty" proqramı elan edəcək".
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun Bakıda keçirdiyi "Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı"nda bildirib.
Onun sözlərinə görə, bunun nəticəsində Dövlət İnformasiya Ehtiyatlarında tapılan boşluqlara görə mükafatlandırma həyata keçiriləcək.
"Bug bounty" şirkətlərin proqram təminatı, məhsulları və yaxud infrastrukturu ilə bağlı problemləri tapmaq üçün insanlara pul ödənilən bir proqramdır. "Bug bounty " iştirakçıları ağ hakerlər və yaxud səhv ovçuları adlanır", - deyə idarə rəisi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 21 Fevral 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















