Icma.az
close
up
RU
Azərbaycanda dövlət pensiyasından əlavə pul almaq mümkün olacaq

Azərbaycanda dövlət pensiyasından əlavə pul almaq mümkün olacaq

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycanda dövlət pensiya sistemindən fərqli olaraq, vətəndaşların könüllü şəkildə topladığı vəsaitlərin qorunmasını təmin edən özəl pensiya fondlarının yaradılması istiqamətində işlərə başlanılıb.

Bu fondların əsas məqsədi vətəndaşların pensiya yaşına çatdıqdan sonra yalnız dövlət təminatı ilə kifayətlənməməsi, əlavə olaraq özəl fondlardan da ödənişlər alaraq maddi vəziyyətlərini yaxşılaşdırmasıdır.

Oxu.Az İTV-yə istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, hazırda bu istiqamətdə qanunvericilik bazasının hazırlanması prosesi gedir. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanır və hökumət daxilində razılaşdırma mərhələsindədir. Gözlənilir ki, sənəd ya payız, ya da yaz sessiyasında Milli Məclisə təqdim olunsun.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirinin müavini Emil Əliyev bildirib ki, Avropa İttifaqının maliyyələşdirdiyi çərçivə-saziş layihəsi çərçivəsində beynəlxalq ekspertlər də prosesə cəlb ediliblər. Nazirlik nümayəndələrinin iştirakı ilə yaradılmış işçi qrup hazırda layihə üzərində təkmilləşdirmə işlərini aparır.

Mütəxəssislər bildirirlər ki, dövlət pensiya sistemindən fərqli olaraq, özəl fondlar topladıqları vəsaitləri investisiya edərək artırırlar. Lakin bu vəsaitlərin harada və necə yerləşdirilməsi xüsusi qaydalarla tənzimlənəcək. İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da vətəndaşların vəsaitlərinin risk altında qalmaması üçün zəmanət mexanizminin tətbiqi nəzərdə tutulur.

İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, Qərb təcrübəsinə əsasən, vətəndaşlar pensiya yaşına çatdıqda toplanmış vəsaiti ya birdəfəlik götürmək, ya da hissələrə bölünmüş şəkildə almaq imkanına malik olurlar. Üstəlik, özəl pensiya sxemlərində vərəsəlik hüququ da mövcuddur.

Mütəxəssisin sözlərinə görə, əmək bazarında rəqabət mühitinə uyğun olaraq şirkətlər işçilərinə əlavə stimullar təklif edə bilər. Necə ki, əməkhaqqı paketinə bonuslar daxil edilirsə, eyni qaydada özəl pensiya sxemi də əmək müqaviləsinə əlavə edilə bilər.

Beləliklə, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlət təminatı ilə kifayətlənməyəcək, həm də özəl pensiya fondlarından gəlir əldə etməklə daha yaxşı maddi şəraitə sahib ola biləcəklər.

Ətraflı süjetdə:

Azərbaycanda dövlət pensiyasından əlavə pul almaq mümkün olacaq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Sentyabr 2025 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see215

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see197

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see174

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see168

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see155

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see145

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see145

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see139

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see137

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see134

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see134

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see130

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see129

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see129

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see126

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see125

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see124

Araz Naxçıvan kimyaçılar ın qonağıdır Heyətlər

02 Noyabr 2025 17:35see123

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see122

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri