Azərbaycanda dövlət xətti ilə mənzil şəraitini yaxşılaşdıranların sayı 60 mini ötüb
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bugünə qədər İpoteka və Kredit Zəmanət Fondunun həyata keçirdiyi ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 60 549 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb.
525.az Fonda istinadən xəbər verir ki, bu barədə qurumun “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq, daşınmaz əmlak ekspertləri və müstəqil iqtisadçılarla keçirilmiş görüşdə məlumat verilib.
Bildirilib ki, o cümlədən, 53 785 ipoteka krediti verilib və 6 764 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb. Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdırmış ailələrin 70%-ə yaxını gənclərdir.
2024-cü ilin sonuna olan məlumata görə, ümumilikdə ölkə üzrə verilmiş ipoteka kreditlərinin həcmi - 4,7 milyard manat təşkil edib ki, onun da 3,3 milyard manatı və yaxud 81,4%-i dövlət xətti ilə verilmiş kreditlərin payına düşüb. Bu günə olan məlumata görə isə, Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin məbləği 3,4 milyard manatı keçib.
Baxış sayı:89
Bu xəbər 01 Aprel 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















