Azərbaycanda Dünya Seriyası başladı
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün 3x3 basketbol üzrə Dünya Seriyasının Bakı mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, turnirə Azərbaycan millisi ilə "Neftçi SOCAR" qatılıb.
Fəvvarələr Meydanında baş tutacaq yarışda milli komanda seçmə mərhələnin B qrupunda Benin və Braziliya yığmalarına rəqib olacaq. Qarşılaşmalar müvafiq olaraq saat 10:25 və 12:05-də start götürəcək. Qrup qalibi əsas raundun D qrupunda İspaniya və Avstriya ilə görüşəcək.
"Neftçi SOCAR" isə əsas mərhələnin A qrupunda Çexiyanın "Praqa" klubu və Litva millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunlar saat 16:15 və 18:05-də olacaq.
Xatırladaq ki, Dünya Qadın Seriyasının Bakı mərhələsi iyulun 19-da başa çatacaq.
Bu mövzuda digər xəbərlər:Azərbaycanda Dünya Seriyası başladı
20 İyun 2026 10:08
Dünya kuboku seriyası Bakıda keçiriləcək
17 Dekabr 2024 20:28
Dünya Kuboku Seriyası: Təmsilçimiz qalib olub
04 Noyabr 2024 19:04
Gimnastika üzrə Dünya Kuboku seriyası başlayır
31 Mart 2025 14:46
Dünya Seriyası : Neftçi ni finala buraxmadılar
08 May 2026 15:44
Baxış sayı:63
Bu xəbər 18 İyul 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















