Icma.az
close
up
RU
Azərbaycanda “Ədalətli İdman Ayı”na start verilir

Azərbaycanda “Ədalətli İdman Ayı”na start verilir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 aprel, AZƏRTAC

Ümumdünya Antidopinq Agentliyi (WADA) 2026-cı il 17 apreli dünyada Ədalətli İdman Günü elan edib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) AZƏRTAC-a bildirilib ki, təmiz idman dəyərlərinə həsr olunan bu gün dopinqə qarşı qlobal mübarizə ilə bağlı idmançılar, idman ictimaiyyəti və digər maraqlı tərəflər üçün maarifləndirmə məqsədi daşıyır.

Hər il WADA-nın təşəbbüsünə qoşulan AMADA 2026-cı il 15 aprel – 15 may tarixlərini ölkəmizdə “Ədalətli İdman Ayı” elan edib.

WADA hər il müxtəlif formatlarda qeyd olunan Ədalətli İdman Gününün bu il də rəqəmsal platformalar vasitəsilə geniş şəkildə təbliğ olunması üçün çağırış edib. Ali antidopinq qurumu cari ildə bu günün “Ədalətli yarış səndən başlayır” şüarı altında keçirilməsini və bu mövzuda paylaşımların #PlayTrueDay həştəqi ilə yayılmasını tövsiyə edir.

“Ədalətli İdman Ayı – 2026” çərçivəsində AMADA-nın müxtəlif sosial media kanallarında bu günlə bağlı paylaşımların edilməsi ilə yanaşı, Azərbaycanın bölgələrində maarifləndirici tədbirlərin təşkili, müxtəlif təhsil müəssisələrində görüşlərin keçirilməsi, idman federasiyaları ilə əməkdaşlıq çərçivəsində tədbirlərin reallaşdırılması planlaşdırılır. Bununla yanaşı, sosial media kampaniyalarının aparılması və ictimai təşviqat layihələrinin icrası da nəzərdə tutulur.

WADA 2014-cü ildən etibarən hər il aprel ayında Ədalətli İdman Gününü qeyd edir. Müxtəlif tarixlərdə keçirilən bu əlamətdar gün 2026-cı ildə 17 aprel tarixinə təsadüf edir. Artıq 12 ildir ki, Ədalətli İdman Günü beynəlxalq səviyyədə geniş şəkildə qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Aprel 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri