Icma.az
close
up
RU
Azərbaycanda elektron siqaret qadağası: Bir ay yarımda bazar necə dəyişdi?

Azərbaycanda elektron siqaret qadağası: Bir ay yarımda bazar necə dəyişdi?

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

2026-cı il aprelin 1-dən Azərbaycanda elektron siqaret və elektron qəlyana tam qadağa qüvvəyə minib.

Məhdudiyyətlər cihazların idxalı, satışı, saxlanılması və istifadəsini əhatə edib. Bu qərar regionda tütün əleyhinə atılan ən sərt addımlardan biri olub və çox keçmədən uzun illərdir formalaşmış bazarı kəskin şəkildə dəyişib.

Yeni qanunun praktiki təsiri sadəcə elektron qəlyanların satış rəflərindən yoxa çıxması ilə məhdudlaşmayıb. Yetkin yaşa çatmış elektron siqaret istifadəçilərinin əksəriyyəti vərdişlərini dəyişir və yeni formatlar axtarır.

Hazırda bu bazarda vəziyyət necədir?

Qanun qüvvəyə mindikdən sonra vəziyyət gözlənildiyi kimi sürətlə inkişaf edib: elektron siqaretlərin leqal satışı bir neçə gün ərzində, necə deyərlər, sıfıra enib. Bəli, yeni qaydalar qüvvəyə minməzdən əvvəlki son həftələrdə istehlakçılar mağazalardakı demək olar ki, bütün veyp qalıqlarını alıb qurtardılar - amma hamıya aydın idi ki, bu çıxış yolu deyil və gec-tez istehlakçılar yenidən öz adi davranış modelini qurmaq zərurəti ilə üzləşəcəklər. Əslində insanlar seçim qarşısında qaldılar: ya tərgitmək, ya "adi" siqaretlərə qayıtmaq, ya da başqa alternativlər axtarmaq. Tələbat isə yox olmayıb, sadəcə formasını dəyişib.

Dəyişikliklər fonunda xüsusilə tütün qızdırma sistemlərinə maraq nəzərəçarpacaq dərəcədə artıb - bu cihazları çox vaxt elektron qəlyanlarla səhv salırlar, baxmayaraq ki, onların iş prinsipi tamamilə fərqlidir.

Burada, yəqin ki, fərqin nədən ibarət olduğunu qısaca izah etmək düzgün olar. Elektron qəlyanlar nikotinli mayelərdən istifadə edir və tütün tərkibli olmur. Tütün qızdırma sistemləri isə başqa cür işləyir: onlar həqiqi tütündən istifadə edir, amma onu yanma həddinə çatdırmırlar. Tütün təxminən 300-350°C temperatura qədər qızdırılır.

Bu fərq prinsipial əhəmiyyət daşıyır. Adi siqaretdə əsas zərərli maddələrin mənbəyi məhz yanma prosesidir. Yanma olmadan qızdırılma zamanı isə tüstü yox, aerozol yaranır. ABŞ-ın nüfuzlu ictimai səhiyyə qurumu olan FDA öz araşdırmalarında qeyd edib ki, geniş yayılmış elektrikli tütün qızdırma sistemi tütünü yandırmır, sadəcə qızdırır. Bu isə "zərərli və potensial zərərli kimyəvi maddələrin yaranmasını əhəmiyyətli dərəcədə azaldır".

Yəqin ki, "bir damcı nikotin atı öldürür" kimi stereotip ifadəni xatırlayırsınız? Belə yanlış təsəvvürlərdən biri də nikotinin siqaretlə əlaqəli əsas xəstəliklərlə eyniləşdirilməsidir. Tibb elmi bu anlayışları fərqləndirir: nikotin asılılıq yaradır, amma siqaretin əsas zərəri nikotindən yox, tütünün yanması nəticəsində yaranan qatran və toksik birləşmələrdən qaynaqlanır.

Məhz buna görə son illərdə zərərin azaldılması yanaşması inkişaf edir: siqaret çəkməyə davam edən şəxslər yanma prosesinin olmadığı məhsullara keçməklə zərərli maddələrin səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilərlər.

Vurğulamaq vacibdir ki, söhbət sağlamlıq üçün risksiz məhsuldan getmir. Nikotin yenə də nikotindir - asılılıq yaradır və risk daşıyır. Amma zərərin azaldılması konsepsiyası çərçivəsində başqa bir məsələ müzakirə olunur: hər halda nikotin istifadə etməyə davam edən yetkin insanlar üçün hansı alternativlər daha az zərərli ola bilər?

Və məhz burada tütün qızdırma sistemləri Azərbaycan bazarında ayrıca yer tutmağa başlayıb - onlar leqaldır və qadağaya düşməyib.

Bəs siqaret istifadəçiləri bu barədə nə düşünür?

32 yaşlı, Bakı sakini Rüstəm deyir ki, elektron qəlyanların qadağan olunmasından sonra onun qarşısında tam praktik bir sual yaranıb - bundan sonra nə etmək lazımdır?

"Siqaretə qayıtmaq istəmirdim. Elektron qəlyandan bir neçə il istifadə etdikdən sonra siqaret artıq tamam başqa cür qəbul olunur. Yenidən o qoxu, kül, ətrafdakı daimi tüstü, ailə və dostların şikayətləri... Bunlara alışmaq çox çətindir və ümumiyyətlə o narahatlıqlara qayıtmaq istəmirdim", - deyə o bildirib.

Onun sözlərinə görə, tütün qızdırma sistemlərindən birinə keçid müəyyən mənada kompromis olub.

"Tüstü yoxdur, kül də yoxdur, o kəskin qoxu hiss edilmir. Hissiyat baxımından bu, veyplərlə siqaret arasında bir şeydir. Tütün məhsuludur, amma veyp istifadə etdiyim dövrdə öyrəşdiyim şərait qalır", - deyə həmsöhbətimiz bildirib.

Rüstəmin nümunəsi hazırda bazar üçün kifayət qədər tipikdir. Əvvəllər siqaretdən veyplərə keçən istifadəçilərin bir hissəsi indi leqal tüstüsüz alternativləri - ilk növbədə tütün qızdırma sistemlərini seçir.

Elektron qəlyanların qadağan edilməsindən bir ay yarım sonra kifayət qədər açıq bir nəticə çıxarmaq olar: müəyyən sayda insanın nikotinə olan tələbatı heç yerə yox olmayıb. Sadəcə bazarın özü və strukturu dəyişib. Kimisi siqaretə qayıdıb, kimisi yəqin ki, qadağan olunmuş veypləri əldə etməyin qeyri-qanuni yollarını axtarır, bir hissəsi isə leqal alternativlərə keçib.

Əlbəttə, kimlərsə deyə bilər ki, tərkibində nikotin olan bütün məhsullar maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Amma praktikada bazar daha mürəkkəb mənzərə göstərir: tələbat hər halda qalır - və bu tələbat həmişə öz təklifini tapır, çünki istehlakçılar yeni oyun qaydalarına kifayət qədər tez uyğunlaşırlar. Bu fonda bazarın tam qadağa ilə deyil, ən sərt tənzimləmə və aydın hüquqi çərçivə ilə idarə olunması daha effektiv görünür.

Elektron qəlyanların qadağan edilməsi nikotin istifadəsini ləğv etməyəcək - və bunu etməyə qadir də deyil. Amma artıq bazarı daha şəffaf və təhlükəsiz edib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:475
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 May 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri