Azərbaycanda əmək müqavilələrinin sayı 1,9 milyona çatır
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda iş yerlərinin rəsmiləşdirilməsi və əmək münasibətlərində şəffaflığın artırılması istiqamətində görülən tədbirlər əmək müqavilələrinin sayında artımı davam etdirib.
Banco.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı il iyunun 1-nə ölkədə bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 893 min 84 təşkil edib.
Dövlət Vergi Xidməti bildirir ki, əmək haqqı fondunun “ağardılması”, qeyri-rəsmi məşğulluğun azaldılması və iş yerlərinin rəsmiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əmək müqavilələrinin sayında müsbət dinamika müşahidə olunur.
Qeyri-neft sektorunun özəl bölməsində bağlanmış əmək müqavilələrinin sayı isə 1 milyon 46 min 601 olub. Bu göstərici ümumi əmək müqavilələrinin 55,3 faizini təşkil edib.
Bu, qeyri-neft sektorunun özəl bölməsinin rəsmi məşğulluqda əsas paya malik olduğunu göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 10 İyun 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















