Icma.az
close
up
RU
Azərbaycanda ən çox bu ölçüdə evlər alınır İpoteka statistikasında maraqlı mənzərə

Azərbaycanda ən çox bu ölçüdə evlər alınır İpoteka statistikasında maraqlı mənzərə

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycanda ipoteka kreditləri ilə mənzil alanların əksəriyyəti kiçik və orta ölçülü evlərə üstünlük verir.

Modern.az-ın İpoteka və Kredit Zəmanət Fondundan əldə etdiyi məlumata görə ən çox kredit 41-60 kvadrat metr və 61-80 kvadrat metr aralığında olan mənzillərə verilib. Belə ki, bu sahədə müvafiq olaraq 17180 və 15994 mənzil ipoteka yolu ilə satılıb.

Daha kiçik sahəyə malik, yəni 41 kvadratmetrdən az olan mənzillərin sayı 3169, 81-100 kvadratmetr olanların sayı 8149, 101-120 kvadratmetr olanlar 3941, 120 kvadratmetrdən böyük mənzillər üzrə isə 5107 kredit verilib.

Beləliklə, ipoteka bazarında əsas tələbat 1 və 2 otaqlı mənzillərədir. Kiçik sahəli mənzillərə marağın əsas səbəbi onların daha uyğun qiymətə təklif olunması, ilkin ödənişin və aylıq kredit ödənişlərinin daha əlçatan olması ilə bağlıdır. Bundan əlavə bu tip mənzillərə kirayə bazarında da yüksək tələbat var.  Gənc ailələr, subay şəxslər və ya gəlir məqsədilə ev alan investorlar bu seqmentə üstünlük verirlər.

Böyük ölçülü, xüsusən də 81 kvadratmetrdən yuxarı mənzillərə ipoteka kreditinə  maraq daha azdır. Bu da həmin mənzillərin daha bahalı olması və ödəniş şərtlərinin daha ağır düşməsi ilə bağlıdır. Aydın olur ki, ipoteka krediti əsasən orta gəlirli ailələrin seçimidir və bazar da bu ehtiyaclara uyğun formalaşır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyun 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see358

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see190

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see127

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see115

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see114

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri