Azərbaycanda ən çox bu universitetin məzunları iş tapıblar SİYAHI
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Azərbaycanda 2018-2023-ci illərdə ali təhsil müəssisələrindən məzun olan şəxslərin 58.6%-i işlə təmin olunub.
Ölkə.Az-ın məlumatına görə, bu da 120 776 məzundan 70 769 nəfər deməkdir.
Universitetlər üzrə məşğulluq reytinqində 35 ali təhsil müəssisəsi yer alıb.
Siyahıya 67.3%-lə Bakı Ali Neft Məktəbi liderlik edir.
Siyahıda növbəti yerləri, Bakı Ali Neft Məktəbi (67.3%), ADA Universiteti (53.5%), Prezident yanında Dövlət İdarəçilik Akademiyası (49.2%), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (48.1%) , Lənkəran Dövlət Universiteti (47.5%), Milli Aviasiya Akademiyası (46.6%), Azərbaycan Turizm və Menecment Universiteti (46.1%), Bakı Musiqi Akademiyası (46.1%), Azərbaycan Dövlət Pedaqoji Universiteti (45.2%), Azərbaycan Milli Konservatoriyası (45.2%) tutub.
2018-2021-ci illəri əhatə edən statistikada də siyahıda lider olan Azərbaycan Dövlət İqtisad Universiteti isə 13 pillə geriləyərək 44.5%-lə 14-cü yerdə qərarlaşıb.
İşləyən məzunlar isə əsasən, idarəetmə, mühəndislik, tibb, hüquq və musiqi üzrə ixtisasları bitirmiş şəxslərdir.
Statistikaya görə, məşğulluq reytinqində bu ali təhsil müəssisələrindən məzun olanların 82.9%-i dövlət, 17.1%-i isə özəl universitetləri bitirib.
Məzunların işlə təmin olunma statistikasında qadınlar 51.4%, kişilər isə 48.6% təşkil edib.
Xatırladaq ki, 2018-2021-ci illəri əhatə edən statistikada işləyən məzunların əsasən, mühəndislik, maliyyə, pedoqoji və texnologiya üzrə ixtisaslarını bitirmiş şəxslər olduğu qeyd edilirdi.
Qeyd edək ki, sözügedən statistika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatları əsasında hazırlanıb.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 19 Yanvar 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















