Icma.az
close
up
RU
Azərbaycanda ən çox gəlir gətirən peşələr STATİSTİKA

Azərbaycanda ən çox gəlir gətirən peşələr STATİSTİKA

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda yüksək maaşlı peşələr hər zaman maraq doğurub. Hər birimiz gələcək karyeramızı planlaşdırarkən hansı peşələrin daha çox maaş verdiyini bilmək istəyirik. Bəs yüksək gəlir əldə etmək üçün hansı sahəyə yönəlməliyik? Hansı iş bizə yaxşı məvacib qazandıracaq?

Lent.az-ın əməkdaşının apardığı araşdırma göstərib ki, ölkədə eyni sahə üzrə müxtəlif maaşlı işlər təklif olunur.

Elan saytlarında ən yüksək maaş maliyyə sahəsində təklif olunur:

Maliyyə direktoru - 6 000 manat;

Baş mühasib - 4 500 manat;

Vergi direktoru - 4 500 - 6 000 manat.

Ən çox maraq olan satış sahəsində isə vəziyyət belədir:

Mağazanın bölgə müdiri - 2 500 - 3 000 manat;

Satış meneceri - 4 000 manat.

Mövzu ilə Lent.az-a danışan iqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, ölkədə ən çox maaş alan sahələr hasiledici sənayeyə aid olanlardır:

“Təbii ki, neft və qaz sektoru bu siyahının başında gəlir. Bundan əlavə maliyyə və rabitə sahəsində çalışan işçilərin də əməkhaqqıları digərlərinə nisbətən daha yüksəkdir. Tələbatın çox olduğu sahələrdə daha çox qazanc əldə etmək olar”.

Bəs statistika nə deyir?

Dövlət Statistika Komitəsindən saytımıza verilən məlumata görə, 2024-cü ildə ən yüksək orta aylıq əməkhaqqı alanlar mədənçıxarma sənayesində çalışan işçilərdir. 

İkinci yeri isə maliyyə və sığorta üzrə fəaliyyət göstərənlər tutur.

Bu ardıcıllığı elmi, texniki fəaliyyət, informasiya və rabitə, elektrik enerjisi, qaz və buxar istehsalı sahələri davam etdirir.

Dünyada vəziyyət necədir? 

Bu gün dünyada öz biznesini qura bilən şəxslər, hakimlər, pilotlar, kompüter sahəsini mükəmməl bilənlər və hüquqşunaslar çox qazana bilirlər.

Ən çox gəlir gətirən 5 sahə:

1.    CEO – Şirkət rəhbəri, öz biznesini quran şəxslər CEO adlanır. CEO dünyanın ən qazanclı sahələrindən biridir. Təxminən dünya üzrə illik gəliri 1 milyon dollara çatır, Azərbaycanda isə bu rəqəm CEO-nun yaratdığı şirkətdən asılı olaraq aylıq 1000-20.000 manat arası dəyişir. Təbii ki, bu uğurlu alınmış biznes sahiblərinin gəliridir.
2.    Həkim –Həkim olmaq üçün ölkəmizdə dövlət və özəl xəstəxanalarda çalışmaq mümkündür. Özəl xəstəxanalarda həkimlərin orta aylıq maaşı 2000 manat civarındadır. Dövlət xəstəxanalarında isə dünyanın bütün ölkələrində özəl xəstəxanalarla müqayisədə maaş aşağıdır.
3.    Pilotçuluq – dünyada ən çox gəlir gətirən sahələrdən biridir orta hesabla karyerasına yeni başlayan bir pilotun aldığı maaş aylıq 3 min dollar civarındadır.
4.    Komyuter mühəndisliyi – olduqca yeni və daim inkişaf edən bir ixtisasdır. Demək olar ki, istənilən özəl və dövlət müəssisəsində iş tapmaq mümkündür. Qazancı isə aylıq 1500 dollardan başlayır.
5.    Vəkil – Hüquqşunas – Hüquq sahəsi də olduqca qazanclı bir sahədir. Təbii ki, söhbət yaxşı hüquqşünasdan gedirsə dünya təcrübəsində hüquqşünaslar özəl şirkətlərin və tanınmış şəxslərin özəl vəkili olaraq işləyirlər (bir neçə yerdə eyni anda işləmək olur), aylıq gəliri isə gördüyü işdən asılı olaraq 1000 dollardan başlayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:555
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Yanvar 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri