Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "Facebook" olub.
"APA-Economics" bu barədə “StatCounter”a istinadən xəbər verir.
Aprel ayında "Facebook"un Azərbaycanın sosial şəbəkə bazarındakı payı 28,83% təşkil edib. Bu isə mart ayı ilə müqayisədə 2,51 faiz bəndi çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 16,17 faiz bəndi azdır.
İstifadəçi sayına görə, ikinci yerdə 27,27% payla "Youtube" sosial şəbəkəsi qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 1,42 faiz bəndi az, illik müqayisədə isə 17,45 faiz bəndi çox olub.
Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 18,27% payla "Instagram" olub. Bu, mart ilə müqayisədə 0,74 faiz bəndi, illik müqayisədə 5,96 faiz bəndi azdır.
Dördüncü yerdə 4,87% payla "X" qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 1,15 faiz bəndi, illik müqayisədə 0,12 faiz bəndi az olub.
Ötən ay "Reddit" sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 0,22 faiz bəndi azaldıb, illik 2,1 faiz bəndi artırıb. Bununla da sosial şəbəkə 4,18%-lə beşinci yerdə qərarlaşıb.
Apreldə "Linkedin" sosial şəbəkəsi 3,65% bazar payı ilə altıncı yerdə qərarlaşıb. Sosial şəbəkənin ölkədəki bazar payı aylıq 0,43 faiz bəndi azalıb, illik 2,19 faiz bəndi artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 01 May 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















