Icma.az
close
up
RU
Azərbaycanda ən çox onların maaşı artıb KONKRET

Azərbaycanda ən çox onların maaşı artıb KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Azərbaycanda ötən il bütün sahələrdə əməkhaqlarında artım qeydə alınıb. Bu artımlar sayəsində ölkə üzrə orta əməkhaqqı 921 manatdan 993 manata (yanvar-oktyabr aylarının müqayisəsində – red.) qədər yüksəlib. Ölkə üzrə maaşlarda artım 7,8 faiz təşkil edib. 

KONKRET.az xəbər verir ki, bəzi sahələrdə maaşlarda artım daha yüksək olması ilə seçilib. Ötən il maaşlar bəzi sahələrdə 350 manatdan çox artıb.

Fərqin böyük olması faiz nisbətində də müşahidə edilir. Elə sahələr var ki, orada artım sürəti 2-5 faiz olduğu halda, bəzilərində 15-20 faiz təşkil edib.

2024-cü ildə əməkhaqqı ən çox artan sahə maliyyə və sığorta fəaliyyəti sahələridir. Burada aylıq maaşlar orta hesabla 370 manat artıb. Bir il əvvəl 2 330 manat olan maaşlar ilin sonunda 2700 manata çatıb. Bu sahədə maaşlar 16 faiz artıb.

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində, eləcə də mədənçıxarma sənayesi sahəsində çalışanların aylıq maaşlarında təxminən 181 manat artım qeydə alınıb. Mədənçıxarma sahəsində çalışanların maaşı 3 353 manatdan 3 534 manata çatmaqla 5 faiz artıb.

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində çalışanlarının maaşı isə 877 manatdan 1060 manata qədər artıb. Burada illik artım sürəti 21 faiz təşkil edib.

Adıçəkilən sahələrdən başqa, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, elektrik, qaz və istilik təchizatı sahələrində, eləcə də nəqliyyat sahələrində də maaşlar çox artıb.

Maaşlarda artım informasiya və rabitədə 170 manat (11 faiz artım), peşə, elmi və texniki fəaliyyət sahələrində 136 manat (9 faiz artım), elektrik, qaz və istilik təchizatı sahələrində 130 manat (14 faiz artım), nəqliyyat sektorunda 105 manat (8 faiz) olub.

Digər fəaliyyət sahələrində maaşlarda artım böyük olmayıb. O cümlədən istirahət, əyləncə və incəsənət sahəsində maaşlar 18 manat, kənd təsərrüfatı, tikinti, turizm sahələrində 25-27 manat artıb./sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Yanvar 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri