Azərbaycanda ən çox pul xərcləyən turistlər bu ölkələrdən gəlir TOP 7
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Bu ilin yanvar ayında Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 172 min 614 nəfər təşkil edib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycana səfər edənlərin 65.6%-i ( 113 216 nəfər) turizm məqsədi ilə, 34.4%-isə (59 358 nəfər) digər məqsədlərlə gəlib
Cari il yanvar ayında turizm məqsədi ilə Azərbaycana səfər edənlər ümumilikdə 205 milyon 613.4 min manat xərcləyib.
Qeyd edək ki, hesabat dövründə ən çox pul xərcləyən turistlər Rusiya, Hindistan, Türkiyə, Birləşməmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Pakistan və Küveyt vətəndaşları olub .
Belə ki, Rusiya vətəndaşları 48.2 milyon manat, Hindistan vətəndaşları 34.4 milyon manat, Türkiyə vətəndaşları 23.3 milyon manat, Səudiyyə Ərəbistanı vətəndaşları 12.1 milyon manat, BƏƏ vətəndaşları 11,4 milyon manat, Pakistan vətəndaşları 9 milyon manat, Küveyt vətəndaşları isə 7.8 milyon manat xərcləyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 26 Mart 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















