Icma.az
close
up
RU
Azərbaycanda ən təhlükəli ərazi burada hər an partlayış ola bilər

Azərbaycanda ən təhlükəli ərazi burada hər an partlayış ola bilər

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də risk və təhlükə olaraq qalmaqda davam edir. Belə ki, ötən gün Xocavənd rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan tam təmizlənməmiş sahədə baş verən partlayış nəticəsində bir nəfər mülki şəxs həyatını itirib.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı birgə məlumata görə, 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramiz Maşallah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən atla tankəleyhinə minaya düşərək həlak olub. Məlumata görə, faktla bağlı araşdırma aparılır.

Hadisə fonunda ölkədə humanitar minatəmizləmə prosesinin hazırkı mərhələsi, həmçinin mina təhlükəsinin daha çox müşahidə olunduğu rayon və istiqamətlər yenidən gündəmə gəlib.

Mövzu ilə əlaqədar olaraq Modern.az-a açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfirxanov qeyd edib ki, mina təmizləmə prosesi hazırda tam sürətlə davam edir.

O xatırladıb ki, İkinci Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin müvafiq fərmanı ilə ANAMA yenidən təşkil olunub, qurumun həm canlı qüvvəsi, həm də maddi-texniki bazası genişləndirilib.

"Həmin fərmana əsasən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri də humanitar minatəmizləmə işlərinə cəlb olunub. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən dörd kommersiya qurumu da mina təmizləmə prosesinə qoşulub".

H.Səfirxanovun sözlərinə görə, hazırda mina təmizləmə işləri beynəlxalq standartlara uyğun şəkildə aparılır və bu proses müəyyən prinsiplərə əsaslanır.

Hava şəraiti, relyef, küləyin sürəti və yağış kimi amillər işlərin sürətinə birbaşa təsir göstərir. Bəzən prosesin tempi azalır, bəzən isə artır. Lakin yaz və yay mövsümündə hava şəraitinin yaxşılaşması ilə mina təmizləmə işlərinin daha da sürətlənəcəyi gözlənilir”.

O əlavə edib ki, Azərbaycanda mina təmizləmə müxtəlif üsullarla həyata keçirilir:

“Əllə aparılan təmizləmə işləri, məsafədən idarə olunan robot texnikası və minaaxtaran itlərin köməyi ilə ərazilər yoxlanılır. Beynəlxalq standartlarda nəzərdə tutulan bütün metod və vasitələrdən ölkəmizdə humanitar minatəmizləmə işlərinin aparılmasında istifadə olunur”.

İctimai Birliyin sədri onu da diqqətə çatdırıb ki, aparılan tədqiqatlara görə, mina və partlamamış hərbi sursatlara ən çox rast gəlinən ərazilərdən biri keçmiş “Ohanyan səddi” kimi tanınan sahədir:

“Bu ərazi Araz çayından başlayaraq Murovdağ istiqamətinə qədər uzanır və bir neçə rayonun ərazisindən keçir. Həmin sahələr daha ciddi şəkildə minalanmış və partlamamış hərbi sursata məruz qalmış ərazilərdir. Bundan əlavə, bu xətti keçdikdən sonra Qarabağın və Şərqi Zəngəzurun daxili ərazilərində də bu və ya digər formada minalanmaya rast gəlinir”.

O həmçinin qeyd edib ki, humanitar minatəmizləmə sahəsində Azərbaycana bəzi dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən dəstək göstərilir:

“Böyük Britaniya, İtaliya, Fransa, Almaniya kimi ölkələr müəyyən həcmdə yardım edib. Avropa İttifaqı isə bu sahədə ən böyük donor hesab olunur. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da yardım göstərən ölkələr sırasındadır. Bununla belə vurğulamaq istərdim ki, mövcud dəstəyin problemin miqyasına tam adekvat olmadığı və yardımların artırılmasına ehtiyac var”.

H.Səfirxanov Xocavənddə baş verən son hadisəyə də toxunaraq bildirib ki, bu cür hadisələr mina təhlükəsi ilə bağlı maarifləndirmənin əhəmiyyətini bir daha göstərir:

“Baş vermiş hadisə bir daha təsdiqləyir ki, mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbirlərinə ciddi yanaşmaq, xəbərdarlıq nişanlarına əməl etmək və tanınmayan ərazilərə daxil olmamaq son dərəcə vacibdir. Minalardan təmizlənməmiş ərazilərə daxil olmaq qəti qadağandır. Yol kənarında verilən nişanlara, habelə təlimat və məlumatlara ciddi əməl olunmalıdır”, - deyə H.Səfirxanov fikrini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Mart 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see394

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see323

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see265

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see262

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see258

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see245

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see240

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see231

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see228

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see221

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see219

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see219

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see217

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see215

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see207

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see205

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see202

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see199

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see198

Liviyanın neft itkiləri 30,7 milyon dolları ötüb

22 Noyabr 2026 06:49see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri