Azərbaycanda ən yaxşı futbolçular kimlərdi... ADLAR DEYİLDİ
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İlin yekunlarına görə ayrı-ayrı sahələr üzrə ən yaxşılar müəyyənləşdirilir, mütəxəssislər tərəfindən adlar çəkilir. Eləcə də idmanda…
Maraqlıdır, bəs hazırda Azərbaycan futbolunda ən yaxşılar kimlərdi?
Modern.az saytı bu sualı tanınmış məşqçi Ağasəlim Mircavadov, idman jurnalistləri Kənan Məstəliyev, Mehman Süleymanov və Daşqın Əzizə ünvanlayıb.
Ağasəlim Mircavadov deyib ki, əgər futbolçu milli komandaya cəlb olunubsa, o ən yaxşı hesab edilməlidir. O, meydandakı mövqelərə görə ayrı-ayrılıqda yox, ümumi baxışla ən aktiv futbolçuları qeyd edib:
“Millidə oynayanlar arasında ayrı-seçkilik etmək olmaz. Hamısı yaxşı oynayır. Qapıçı Şahruddin Məhəmmədəliyevi (“Qarabağ”) müşahidə etmişəm. O əzminə görə önə keçib.
Digərlərinə gəlincə, deyə bilərəm ki, Bəhlul Mustafazadə (“Qarabağ”) ən fəal oyunçudur. Sonra Nəriman Axundzadə (“Qarabağ”), üçüncü olaraq Toral Bayramovu (“Qarabağ”) qeyd etmək olar”.
Kənan Məstəliyev müəyyən etdyi reytinqdə olanların hamısını stabil güclü hesab edib:
“Buradakıların hamısı yaxşı formadadır, zəifləyəcəklərini gözləmirəm:
Müdafiəçilər - Elvin Cəfərquliyev (“Qarabağ”), Bəhlul Mustafazadə (“Qarabağ”), Toral Bayramov (“Qarabağ”).
Yarımmüdafiəçilər - Emin Mahmudov (“Neftçi”), Abdulla Xaybullayev (“Sabah”), Rüstəm Əhmədzadə (“Zirə”).
Hücumçular - Renat Dadaşov ("Motor Lublin" Polşa), Mahir Əmrəli ("Kayzerslautern” Almaniya), Musa Qurbanlı (“Qarabağ”).
Qapıçılar - Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”), Səlahət Ağayev (“Qəbələ”)”.
Mehman Süleymanov bildirib ki, Azərbaycan futbol 2004-cü ildən sonra “bum” yaşadı:
“Dövlətin sərmayəsi ilə futbolumuz dirçəlməyə başladı. Elə həmin ildən performans göstərə bilməsək də, bu günə qədər cızılan xətti yüksələn hesab etmək olar. Təəssüf hazırda üzümüzü ağardan tək “Qarabağ” klubudur”.
Müsahibimiz hazırda ən yaxşı futbolçunun “Qarabağ”da oynadığını deyib: “Çox güman ki, ilin ən yaxşı oyunçusu Elvin Cəfərquliyevdir".
Jurnalist ən yaxşılar kimi adları belə sıralayıb:
“Müdafiədə Elvin Cəfərquliyev (“Qarabağ”), Bəhlul Mustafazadə (“Qarabağ”) , Toral Bayramov (“Qarabağ”FK);
Yarımmüdafiədə Xəyal Əliyev (“Sabah”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Abdulla Xaybullayev (“Sabah”);
Hücumda Nəriman Axundzadə (“Qarabağ”), Renat Dadaşov ("Motor Lublin" Polşa), Mahir Əmrəli ( “Kayzerslautern” Almaniya);
Qapıda Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”)”.
Daşqın Əziz isə hesab edir ki, ilin ən yaxşı qapıçısı Aydın Bayramov (“Zirə”), ən yaxşı müdafiəçisi Elvin Cəfərquliyev (“Qarabağ”), ən yaxşı yarımmüdafiəçisi Emin Mahmudov (“Neftçi”), ən yaxşı hücumçusu isə Nəriman Axundzadədir (“Qarabağ “).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 26 Dekabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















