Azərbaycanda ən yüksək əməkhaqqı bu şəhərdədir Bakı sıralamada ikincidir
Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq maaş 1084 manatdır. Bəzi şəhər və rayonlarda orta maaş səviyyəsi bu həddən yüksəkdir.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, respublika üzrə orta göstəricidən yüksək maaş səviyyəsi bir neçə şəhər və rayondadır.
Orta göstəricidən yüksək maaş Xankəndi, Bakı şəhərlərində və Daşkəsən rayonundadır.
Xankəndi şəhərində ortaaylıq maaş 1486 manat olub. Bu şəhərdə cəmi 900 nəfər işçi var.
İkinci sırada Bakıdır. Paytaxtda ortaaylıq maaş 1357 manatdır. Bakıda 983 mindən çox işçi çalışır.
Üçüncü sırada isə Daşkəsən rayonudur. Daşkəsən rayonunda ortaaylıq maaş 1112 manatdır. Bu rayonda 1400 işçi var.
Vasif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 15 May 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















