Icma.az
close
up
RU
Azərbaycanda ən yüksək maaşı onlar alır SİYAHI KONKRET

Azərbaycanda ən yüksək maaşı onlar alır SİYAHI KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Azərbaycanda yüksək maaşlı peşələr hər zaman maraq doğurub. Hər birimiz gələcək karyeramızı planlaşdırarkən hansı peşələrin daha çox maaş verdiyini bilmək istəyirik.

Bəs yüksək gəlir əldə etmək üçün hansı sahəyə yönəlməliyik? Hansı iş bizə yaxşı məvacib qazandıracaq? Lent.az-ın apardığı araşdırma göstərib ki, ölkədə eyni sahə üzrə müxtəlif maaşlı işlər təklif olunur.

Elan saytlarında ən yüksək maaş maliyyə sahəsində təklif olunur:

Maliyyə direktoru – 6 000 manat;

Baş mühasib – 4 500 manat;

Vergi direktoru – 4 500 – 6 000 manat.

Ən çox maraq olan satış sahəsində isə vəziyyət belədir:

Mağazanın bölgə müdiri – 2 500 – 3 000 manat;

Satış meneceri – 4 000 manat.

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, ölkədə ən çox maaş alan sahələr hasiledici sənayeyə aid olanlardır:

“Təbii ki, neft və qaz sektoru bu siyahının başında gəlir. Bundan əlavə maliyyə və rabitə sahəsində çalışan işçilərin də əməkhaqqıları digərlərinə nisbətən daha yüksəkdir. Tələbatın çox olduğu sahələrdə daha çox qazanc əldə etmək olar”.

Bəs statistika nə deyir?

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2024-cü ildə ən yüksək orta aylıq əməkhaqqı alanlar mədənçıxarma sənayesində çalışan işçilərdir.

İkinci yeri isə maliyyə və sığorta üzrə fəaliyyət göstərənlər tutur.

Bu ardıcıllığı elmi, texniki fəaliyyət, informasiya və rabitə, elektrik enerjisi, qaz və buxar istehsalı sahələri davam etdirir.

Dünyada vəziyyət necədir?

Bu gün dünyada öz biznesini qura bilən şəxslər, hakimlər, pilotlar, kompüter sahəsini mükəmməl bilənlər və hüquqşunaslar çox qazana bilirlər.

Ən çox gəlir gətirən 5 sahə:

1.    CEO – Şirkət rəhbəri, öz biznesini quran şəxslər CEO adlanır. CEO dünyanın ən qazanclı sahələrindən biridir. Təxminən dünya üzrə illik gəliri 1 milyon dollara çatır, Azərbaycanda isə bu rəqəm CEO-nun yaratdığı şirkətdən asılı olaraq aylıq 1000-20.000 manat arası dəyişir. Təbii ki, bu uğurlu alınmış biznes sahiblərinin gəliridir.

2.    Həkim –Həkim olmaq üçün ölkəmizdə dövlət və özəl xəstəxanalarda çalışmaq mümkündür. Özəl xəstəxanalarda həkimlərin orta aylıq maaşı 2000 manat civarındadır. Dövlət xəstəxanalarında isə dünyanın bütün ölkələrində özəl xəstəxanalarla müqayisədə maaş aşağıdır.

3.    Pilotçuluq – dünyada ən çox gəlir gətirən sahələrdən biridir orta hesabla karyerasına yeni başlayan bir pilotun aldığı maaş aylıq 3 min dollar civarındadır.

4.    Kompyuter mühəndisliyi – olduqca yeni və daim inkişaf edən bir ixtisasdır. Demək olar ki, istənilən özəl və dövlət müəssisəsində iş tapmaq mümkündür. Qazancı isə aylıq 1500 dollardan başlayır.

5.    Vəkil – Hüquqşunas – Hüquq sahəsi də olduqca qazanclı bir sahədir. Təbii ki, söhbət yaxşı hüquqşünasdan gedirsə dünya təcrübəsində hüquqşünaslar özəl şirkətlərin və tanınmış şəxslərin özəl vəkili olaraq işləyirlər (bir neçə yerdə eyni anda işləmək olur), aylıq gəliri isə gördüyü işdən asılı olaraq 1000 dollardan başlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Yanvar 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri