Icma.az
close
up
RU
Azərbaycanda ətin bahalaşmasına səbəb olan AMİLLƏR

Azərbaycanda ətin bahalaşmasına səbəb olan AMİLLƏR

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda son aylarda ətin qiymətlərində müşahidə olunan artım ictimai diqqət mərkəzinə çevrilib. Hazırda ölkədəki supermarketlərdə, eləcə də fərdi sahibkarlara məxsus ət mağazalarında 1 kiloqram dana ətinin qiyməti 20 manata yaxındır, quzu ətinin qiyməti isə 20 manatı ötüb.
Niyə Azəbaycanda ət bahalaşır?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı trend.az-a danışan iqtisadçı ekspert Cəfər İbrahimli bildirib ki, ətin qiyməti Azərbaycanda bazar şərtlərinə uyğun nizamlanır. Bununla bağlı hər hansı bir inzibati tənzimlənmə mövcud deyil.
“Ətin qiymətinin dəyişməsi iqtisadi əsaslara söykənir. Burada qiymətlərə tələb-təklif, idxal olunan məhsulların məbləği təsir edir. Hazırda Azərbaycanda daha çox real qiymətləri dəqiqləşdirən yerli ət məhsullarıdır”.
Cəfər İbrahimli qeyd edib ki, idxal olunan ət məhsullarına tələbatda kifayət qədər artıb, amma yerli ət məhsullarına tələb daha çoxdur.
“Son 3-4 ildə heyvandarlığın yem bazasının qiymətlərinin kifayət qədər artmasını müşahidə edirik. Bu da təklif olunan ət məhsullarının qiymətinə təsir edir. Bazarda formalaşan qiymətlər də son illər artan xətt üzrə inflyasiya rəqəmləri paralelində davam edir”,- iqtisadçı ekspert əlavə edib.
İqtisadçı ekspert Xalid Kərimli isə açıqlamasında bildirib ki, ölkədə ətin bahalaşması davam edir:
Bunun əsas səbəblərindən biri bahalaşan ətin qiymətləri fonunda istehlakın azalmaması, əksinə artmasıdır. Qiymətlərin stabilləşməsi üçün tələbatın azalması lazımdır, lakin artan qiymətləri əhali qarşılaya bilir. Bununla da yeni bazar tarazlıqları formalaşır. Qiymətlərin artmasının digər səbəbi saxlanılan heyvanların sayında azalmanın olmasıdır.
 

X.Kərimli qeyd edib ki, 2021-ci ilin yanvarı ilə və müqayisədə 2025-ci ilin iyulunadək olan rəqəmləri müqayisə etsək, görərik ki, həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayında azalma var.


“2021-ci ilin yanvarında ölkədə iribuynuzlu heyvan sayı 2651000 idisə, 2025-ci ilin iyulunda bu rəqəm 7,4% azalaraq 2454000 baş olub”.
İqtisadçı ekspert bildirib ki, qiymətlərin tənzimlənməsində təbii ki, idxal da mühüm rol oynayır.
“Ötən illə müqayisədə bu ilin yanvar-may aylarında ölkəyə idxal edilən ətin həcmində 11%-dək azalma var. İdxal olunan ətin tonnajında qiymət azalması müşahidə olunmaqdadır. Bu da əsasən, quş ətinin ucuzlaşması hesabınadır. Ötən il ölkəyə idxal edilən ətin ortalama qiyməti 2185 dollar idisə, bu rəqəm hazırda 2063 dollardır. Saxlanılan heyvanlarının sayının azalmasının davam etməsi, ət idxalının azalması, tələbatın isə stabil artımla müşahidə olunması bazarda qiymətləri artırır”,- X.Kərimli qeyd edib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Oktyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri