Icma.az
close
up
RU
Azərbaycanda ətin qiyməti ucuzlaşa bilər: SƏBƏB BUDUR KONKRET

Azərbaycanda ətin qiyməti ucuzlaşa bilər: SƏBƏB BUDUR KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pakistan Azərbaycana ət ixracına başlamaq üçün rəsmi icazə alıb. Maraqlıdır, bu qərar Azərbaycanın daxili ət bazarına, qiymətlərə və yerli istehsalçılara necə təsir edəcək?

Bu qərarın daxili bazara təsiri ilə bağlı KONKRET.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Pakistan ətinin bazara daxil olması ölkədə qiymət dinamikasına və istehsalçı davranışına bir neçə istiqamətdə təsir göstərə bilər.

Onun sözlərinə görə, xarici ətin gətirilməsi təklifi artıraraq qiymətlərin müvəqqəti də olsa enməsinə səbəb ola bilər:

“Əgər Pakistan ətinin qiyməti yerli ətlə müqayisədə ucuz olarsa, istehlakçılar təbii olaraq ucuz variantı seçəcək. Bu da yerli ət bazarında qiymətlərə təzyiq yaradacaq”.

İqtisadçı qeyd edib ki, bu vəziyyət xüsusən kiçik yerli istehsalçılar üçün çətinliklər yaradacaq:

“Rəqabət güclənəcək, nəticədə kiçik istehsalçılar bazardan sıxışdırıla bilər. Böyük istehsalçılar isə məhsulun keyfiyyətini artırmaq, çeşidi genişləndirmək və istehsal xərclərini azaltmaq məcburiyyətində qalacaqlar”.

Akif Nəsirlinin fikrincə, istehlakçılar üçün isə vəziyyət daha müsbət olacaq:

“Bazara xarici ətin daxil olması ilə həm seçim imkanı, həm də əlçatanlıq artır. Qısamüddətli dövrdə qiymətlər aşağı düşə bilər, uzunmüddətli perspektivdə isə yerli istehsalçılar rəqabətə uyğunlaşaraq məhsul keyfiyyətini yüksəltməyə çalışacaqlar”.

Beləliklə, Pakistan ətinin Azərbaycana ixracı daxili bazarda qiymətlərin nisbətən sabitləşməsinə və daha sağlam rəqabət mühitinin formalaşmasına gətirib çıxara bilər.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Oktyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri