Icma.az
close
up
RU
Azərbaycanda evlənmək çətinləşir Rəsmi statistika qorxudur

Azərbaycanda evlənmək çətinləşir Rəsmi statistika qorxudur

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Rəqəmlər göstərir ki, Azərbaycanda 29 yaşa qədər kişilər arasında qadınların sayı ciddi şəkildə azalıb. Dövlət Statistika Komitəsinin son məlumatına görə, 15-29 yaş aralığında hər 1000 kişiyə 1000-dən az qadın düşür. Xüsusilə, 15-19 yaş aralığında bu göstərici cəmi 873, 20-24 yaş aralığında 878, 25-29 yaşda isə 990 nəfərdir. Bu balanssızlıq cəmiyyətdə ciddi sosial və demoqrafik təsirlər doğura bilər.

Maraqlıdır, bu tendensiyanın arxasında hansı səbəblər dayanır və bizi gələcəkdə nə gözləyir?

Mövzu ilə bağlı sosioloq Nailə İsmayılovadan  məsələyə aydınlıq gətirməsini xahiş etdik. Yenisabah.az-a danışan İsmayılova bunun səbəbinin selektiv abortlar olduğunu bildirib:

"Səhv etmirəmsə, 2023-cü ildə Azərbaycan selektiv abortlara görə dünya üzrə birinci yerə çıxmışdı. Bu isə özünü daha sonrakı illərdə özünü daha qabarıq şəkildə göstərəcək. Təxminən, elə 15 il öncədən başlayaraq Azərbaycanda bu tendensiya özünü açıq şəkildə göstərirdi. Mən elə düşünürəm ki, başlıca səbəblərdən biri selektiv abortlardır.

Erkən nikahın bu məsələ ilə bağlı olacağını düşünmürəm, amma digər səbəb urbanizasiya prosesi ilə bağlı ola bilər. İnsanların kənddən şəhərə köç etməsi vəziyyətə təsir edir. Nəzər salsaq görərik ki, ən çox uşaqlar kənd yerlərində doğulurdu. Sonralar insanların kənddən şəhərə köç etməsi səbəbilə doğum faktorları azalmağa başladı. Çünki şəhər yerində uşaq böyütmək rayon yerlərinə nisbətən daha çətindir. Kəndlərdə qalanlar isə hazırda daha çox yaşlı nəsildir".

Sosioloq bildirib ki, bu cür disbalanslıq sosial münasibətlərə də təsir edir:  


“Əlbəttə, bu təsirləri indi hiss etməsək də, bir müddət sonra daha dərindən hiss etməyə başlayacağıq. 44 günlük müharibə dövründə bizim nə qədər şəhidlərimiz oldu. Ondan öncəki, Birinci Qarabağ müharibəsində də xeyli itkilərimiz oldu. Bu da kişilərin sayını azaldan əsas səbəblərdəndir. Bu gün isə həmin rəqəmlər tərsinədir. Qadınların sayı, kişilərlə nisbətdə daha azdır. Düşünürəm ki, bu tendensiya tək Azərbaycanda deyil, bütün dünyada belədir. Hər bir ölkədə cins fərqinə görə balanssızlıq var. Bunun təsirləri isə gələcəkdə daha pis olacaq”.

Ekspert əlavə edib ki, iyulun 1-dən qüvvəyə minəcək qanun bəzi sosial problemlərin qarşısını almağa yönəlib:

“Bilirsiniz ki, iyulun 1-dən Nazirlər Kabinetinin qəbul etdiyi yeni qanun qüvvəyə minir. Bu qərarda erkən nigah, qohum evlilikləri və 17 yaş istisna məsələsi öz əksini tapacaq. Ümid edirik ki, bu qərarın müsbət tərəfləri çox olacaq. Qanun əsasən də evlilik məsələsində öz təsirini göstərəcək. Gözlədiyimiz digər məsələ də 16-17 yaş aralığındakı gənclərin seksual azadlığı ilə bağlıdır. Çalışırıq ki, bu yaş faktoru evlilik yaşı ilə bərabər olsun. Eyni zamanda nigahdan kənar problemlərin olması da dövlət üçün başlıca sosial problemlərdən biridir. Bu problemlər də qadın qətlinə gətirib çıxardan əsas məsələlərdən birinə çevrilir.

Məsələlərə daha insani və qanuni tərəfdən baxsaq, bütün bu halların qarşısını ala bilərik. Təbii ki, insanlarımız öz hüquqlarını bilməsələr, qəbul edilən qanunlara tabe olmasalar, bizi yaxşı şeylər gözləmir. Dövlətin qanunu və qaydası da yerindəcə icra olunsa, işıqlı gələcəyə gedə bilərik”.

Aydan Hacıbalazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 İyun 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri