Icma.az
close
up
RU
“Azərbaycanda futbol akademiyalarının sayı çoxalmalıdır”

“Azərbaycanda futbol akademiyalarının sayı çoxalmalıdır”

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Ölkəmizdə futbolçu olmaq istəyən uşaqların sayı gündən-günə çoxalır. Azərbaycan futbolunun hazırkı durumu ürəkaçan olmasa da, dünya klublarındakı ulduz futbolçular azyaşlıların diqqətini cəlb edir. 

Aydın məsələdir ki, əksər insanlar futbolun daha çox 90 dəqiqəlik tərəfini görürlər. Bir futbolçunun yetişməsi isə uzun zaman, doğru strategiya, böyük əmək tələb edir. Bu iş isə yerli futbol federasiyasının, futbol akademiyalarının üzərinə düşür.

Bugünkü həmsöhbətimiz "Qarabağ" Futbol Akademiyasının seleksiyaçı məşqçisi Səttar Əliyevdir. 

- Səttar bəy, "Qarabağ"ın akademiyasında futbolçu seçimləri necə gedir? Ağdamda və digər bölgələrdə seçimlər aparılırmı?

- Oyunların başlama müddətinə az qalmış seleksiyalar edirik. Lənkəranda, Ağdamda, Zaqatalada seçimlər etdik. Bakıda böyük seleksiya oldu. Ağdamda seçimlər aparanda oraya yalnız Ağdamdan yox, Bərdə, Beyləqan, Yevlax, Mingəçevir və s. bölgələrdən olan uşaqlar da gəlirdilər. Biz əvvəlcədən vaxt təyin edirdik, elan verirdik, məşqçilərlə də əlaqə yaradırdıq. Onlar da uşaqları məşqlərə gətirirdilər. Akademiyamızın hər yaş qrupundan məşqçilərlə birgə bölgələrdə seleksiya aparırıq. 

- Ağdamın kəndlərində də seleksiya xarakterli məşqlər təşkil edilirdi, yoxsa yalnız Quzanlıda?

- Xeyr. Belə deyək, əsas struktur Quzanlı qəsəbəsində yerləşir. Stadion da oradadır. Buna görə də biz əvvəldən ünvan verəndə Quzanlıdakı stadionun ünvanını təqdim edirdik. 

- Bütün bu prosesləri nəzərə alsaq, "Qarabağ"ın akademiyasına maraq hansı səviyyədədir?

- "Qarabağ" Futbol Akademiyasına maraq yüksək səviyyədədir. Bakıdakı seçimlərə 1500 nəfərə yaxın uşaq qatıldı. Mən inanmıram ki, başqa klubların seçimlərinə o qədər uşaq gəlsin. Elə böyük ajotaj var idi ki, valideynləri içəriyə buraxa bilmədik. Uşaqların çoxu bizim akademiyamıza gəlmək istəyir. 

- Sizcə, bu marağın əsas səbəbini nədir?

- İnsanların "Qarabağ"a olan sevgisi, komandanın Avropada uğurlu çıxışları, gözəl oyunu buna öz təsirini göstərir. Bu il Aftandil Hacıyev "Qarabağ"ın akademiyasına koordinator təyin edildi. Aşağı yaş qruplarından ibarət komandalarımız Qazaxıstana, Gürcüstana və s. ölkələrə turnirlərə qatılırlar. Bu, akademiyaya marağı daha da artırdı. 

- Akademiyada valideyn-məşqçi, futbolçu-məşqçi münasibətləri hansı səviyyədədir?

- Valdeynlər uşaqlarını məşqə gətirirlər və məşq prosesinə heç bir müdaxilə edə bilməzlər. Əlbəttə ki, məşqçilər də valideynlərə müdaxilə edə bilməzlər. Məşqçilərin öz vəzifəsi var. Məşqçilər uşaqlara düzgün təlim keçməlidirlər. Akademiya təməldir. Gərək, təməli elə qoyasan ki, uşaq futbolu güclü olsun. Valideynlər uşaqları qapıda məşqçilərə təhvil verirlər. Hər məşqçinin öz komandası var. Həmin komandalardakı uşaqların valideynlərinin olduğu qruplar var. Biz oraya məşqlərin tarixləri, vaxtları ilə bağlı, hansısa bir dəyişiklik olarsa, bununla əlaqədar məlumatlar veririk. Xüsusi bir hal olmadıqda isə əvvəlcədən hazırlanmış proqramımız əsasında davam edirik.

- "Qarabağ"ın akademiyasında uşaqlar üçün hansı şərait yaradılıb? 

- Uşaqlar geyimlər ilə təmin edilir. Oyunlar üçün səfərlər zamanı məsafə uzaqdırsa, avtobuslar təşkil olunur. Oyundan əvvəl uşaqlara müxtəlif qidalar verilir. "Qarabağ"da uşaqların qayğısına qalınır. 

- Bəs, "Qarabağ"ın akademiyasını digərlərindən fərqləndirən cəhətlər hansılardır? 

- Hər klubun öz akademiyası, fəlsəfəsi var. Biz hamımız birlikdə hərəkət edirik. Məşqçi qərarları tək vermir. Məsələn, bir futbolçunun komandadan uzaqlaşdırılmasını da yalnız məşqçi etmir. Rəhbərlik, seleksiya məşqçiləri - hamımız birlikdə qərar qəbul edirik. Uşaq akademiyaya necə gəlirsə, elə də yola salınır. Biz bir "Qarabağ" ailəsiyik. Məşqçilər uşaqlara təlim keçəndə, məşqi başa salanda yeri gəlsə, üzlərindən də öpürlər ki, inciklik olmasın. Bizim fərqimiz ailə olmaqda, camiəmizin güclü olmağındadır. Digər klubların öz fəlsəfələri var. Biz onları işlərinə qarışa bilmərik. Bizim öz yolumuz var. Bu yolla gedirik.

- Bölgələrdən seçilən, aşağı büdcəyə malik ailələrin övladlarına hansı güzəştlər edilir, onlar üçün hansı şərait yaradılır?

- 16, 17, 18, 19 yaşlı futbolçular və ya əvəzedici komandada oynayan elə uşaqlar olur ki, rayonda yaşayırlar, maddi problemləri olur. Bunlar nəzərə alınır. Rayondan Bakıya gələnlər üçün klub qalmağa yer təşkil edə bilir. Azyaşlılarda isə bu mümkün olmur. Çünki 8 yaşlı uşaq valideynindən ayrı qala bilməz. Onlara valideyn qayğısı lazımdır. Amma hansısa bir uşağa maddi dəstək lazımdırsa, "Qarabağ" öz ailəsi, uşağı kimi heç vaxt dəstəyi əsirgəməz. 

- Son olaraq ümumilikdə uşaq futbolunun durumu ilə bağlı danışaq. Tez-tez uşaq futbolundakı problemlər gündəmə gəlir.

- Mən həmişə bu sözü demişəm ki, Azərbaycanda uşaq futboluna daha çox diqqət ayrılmalıdır. Məcbur qalıb komandalara kənardan futbolçular gətirilir. Təbii ki, "Qarabağ"da yaxşı legionerlər var. Amma uşaq futbolunu dirçəltmək lazımdır.

- Bəs, çıxış yolunu nədə görürsünüz?

- Akademiyaların sayı çoxalmalıdır. Bazalar olmalıdır. Təməl düzgün qoyulmalıdır. Uşaqlar üçün turnirlər təşkil etmək lazımdır. Uşaqlar özlərini rahat hiss etməlidirlər ki, bizim bazamız var, rahat formamızı geyinirik, məşq edirik, oyuna çıxırıq, duş qəbul edirik. Məşqlərlə yanaşı, təhsil də önəmlidir. Biz bu günə, sabaha yox, daha da irəliyə baxmalıyıq. İşlər görülməlidir ki, qarşıda bizdən sonra gələn nəsil yaxşı yetişsin. Akademiyalara çox böyük maraq, dəstək olmalıdır. Uşaqarın turnirlərdə iştirak etməyi inkişafdan xəbər verir. Çox yaxşı olardı ki, akademiyaların hər birinin öz bazası, öz məktəbi olardı. Uşaqlar orada həm təhsil alardılar, həm məşq edərdilər. Belə olsa, Azərbaycanda futbolun inkişafı daha sürətlə gedərdi. Bu gün hər klubun belə şəraiti yoxdur. Mən arzu edirəm ki, bütün klubların rəhbərliyi, AFFA akademiyaların şəraitini daha da yaxşılaşdırardılar. Gələcəkdə bizim futbolçularımız Avropaya çıxanda başqa klublar da desinlər ki, bu Azərbaycan klubunun akademiyası gözəl işləyir, hər bir şərait var. Mən arzulayıram ki, klublarımızın akademiyalarındakı perspektivli futbolçular "Ayaks"ın "Barselona"nın, İngiltərənin öndə gedən klublarının məktəblərinə göndərilsinlər. 5 il orada qalsınlar, biz də bilək ki, U-17, U-19 millilərimizin hərəsində on nəfər əla futbolçu var, əsas milliyə də fayda verəcəklər. Biz bunları arzulayırıq. Amma həyata keçirmək üçün böyük sərmayə lazımdır. İstərdim ki, "Qarabağ" kimi "Neftçi", "Zirə", "Sabah", "Turan Tovuz" və digər klublarımız da Avropada uğurlu çıxış etsinlər. 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 Dekabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see356

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see248

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see211

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see191

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see175

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see159

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see145

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see145

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see143

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see136

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see132

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see130

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see127

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see124

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see123

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri