Icma.az
close
up
RU
Azərbaycanda gələn ildən bu xidmətlər ucuzlaşacaq KONKRET

Azərbaycanda gələn ildən bu xidmətlər ucuzlaşacaq KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Gələn ildən etibarən mikrosahibkarlar üçün vergi güzəştlərinin edilməsi nəzərdə tutulur. Belə ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, növbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikrosahibkar olan fiziki şəxslər əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) vergidən azad edilir.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov İqtisadiyyat.az-a açıqlamasında bu dəyişikliyi şərh edib.

Onun sözlərinə görə, bu o deməkdir ki, əgər mikrosahibkarlar əldə etdikləri gəlirlərdən 20 faiz vergi verirlərsə, növbəti ildən bu rəqəm 5 faizə qədər azalacaq:

“Misal üçün, əgər mikrosahibkarın aylıq gəliri 1000 manatdırsa, indiki halda bu, sahibkarın aylıq vergi yükünün 200 manat olması anlamına gəlir. Amma növbəti ildən etibarən bu rəqəm 50 manata qədər azalacaq. Nəzərə alsaq ki, burada bir çox xidmətlər var, ona görə də vergi güzəştlərinin tətbiqi bu xidmətlər üzrə xərclərin azalmasına və eyni zamanda qiymətlərin ucuzlaşmasına gətirib çıxara bilər. Çünki vergi güzəştləri nəticəsində sahibkarın sərəncamında daha çox vəsait qalacaq ki, bu da onların göstərdiyi xidmətlərin ucuzlaşmasına düşməsinə səbəb ola bilər”.

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisdə iki oxunuşda qəbul edilib.

Qeyd edilən xidmət sahələri aşağıdakılardır:

– Proqram təminatının işlənməsi;

-layihə-dizayn və dekorasiya sahəsində xidmətlər;

– tərcümə xidmətləri;

– reklam xidmətləri;

– araşdırma və tədqiqat sahəsində fəaliyyət;

– elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;

– Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;

– Jurnalistlərin fəaliyyəti;

– Bazar konyukturunun öyrənilməsi;

– Qiymətləndirmə fəaliyyəti;

– Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla sifarişlərin çatdırılması və kuryer xidməti;

– Turizm bələdçiliyi;

– İxrac xidməti.

Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Dekabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see152

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see148

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see141

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see129

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see129

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see124

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see120

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see120

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see119

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see119

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see119

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see119

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see118

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see118

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see118

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see118

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see117

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see117

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see113

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri