Icma.az
close
up
RU
Azərbaycanda gələn ilin qeyri iş günləri açıqlandı

Azərbaycanda gələn ilin qeyri iş günləri açıqlandı

Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda gələn ilin qeyri-iş günləri açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2025-ci il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 Yanvar – Ümumxalq Hüzn Günü;

8 Mart – Qadınlar Günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

30, 31 mart – Ramazan bayramı;

9 May – Faşizm üzərində Qələbə günü;

28 May – Müstəqillik Günü;

6, 7 iyun – Qurban bayramı;

15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

8 Noyabr – Zəfər Günü;

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2025-ci ildə beşgünlük iş həftəsində 3 yanvar, 10, 25 və 26 mart, 1 aprel, 9, 16 iyun, 10 və 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart, 1 aprel, 16 iyun və 10 noyabr tarixləri istirahət günləridir.

2025-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2025-ci ildə beşgünlük iş həftəsində 239 iş günü (onlardan 8-i bayramqabağı və 1-bələdiyyə seçkiləri günü qabağı), iş günü hesab edilməyən 105 istirahət günü (onlardan 8-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən, 1-i 2024-cü ildən yerdəyişmə ilə keçirilən), iş günü hesab edilməyən 19 bayram, 1 Bələdiyyə seçkiləri günü və 1 Ümumxalq Hüzn Günü vardır.

Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2025-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

2025-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1903 saatdır.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2025-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1903 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

Hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının “İstehsalat təqvimləri” altbölməsində (https://sosial.gov.az/faydali/istehsalat-teqvimi/2025-ci-ilin-istehsalat-teqvimi) yerləşdirilib.

Oxuməni.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 24 Yanvar 2025 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see331

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see248

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see215

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see189

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see136

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see133

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see132

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see130

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see128

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see127

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri