Azərbaycanda gənc şair özünü ticarət mərkəzinin 3 cü mərtəbəsindən atdı YENİLƏNDİ
Pravda.az-dan verilən məlumata əsasən, Icma.az xəbər verir Azərbaycanda gənc şair özünü ticarət mərkəzinin 3 cü mərtəbəsindən atdı YENİLƏNDİ.
Xəbər verdiyimiz kimi, gənc şair Həsən Kür intihara cəhd edib.
TƏBİB-dən bildirilib ki, hazırda onun vəziyyəti ağırdır
"22.02.2025-ci il tarixində saat 19:10 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır", - məlumatda deyilir.
***
22:27
Gənc şair Həsən Kür intihara cəhd edib. Pravda.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzində qeydə alınıb.
O, özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb.
Gənc şair ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılıb. O, reanimasiyaya yerləşdirilib.
İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

