Icma.az
close
up
RU
Sosial şəbəkədə bəyənilmək ehtiyacı haradan gəlir?

Sosial şəbəkədə bəyənilmək ehtiyacı haradan gəlir?

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Bu günümüz elədir ki, artıq hamı sosial şəbəkədən istifadə edir. Bəzi hallarda düşünürdük ki, yaşlılar istifadə edə bilməzlər. Artıq, ucqar kəndlərdə belə yaşayan əhali ən pis halda tiktok-da sürüşdürərək xəbərləri və s izləyirlər. 

Dünya üzrə 13-28 yaş aralığındakı sosial şəbəkə istifadəçilərinin sayı 62.5 milyondur. Bu yaş kateqoriyasında istifadəçilərin əksəriyyəti "like” xatirinə paylaşım edənlərdir. Əslində sual yarana bilər ki, bir "like” niyə bu qədər önəmlidir? Niyə insanlar paylaşımı buna görə etsinlər ki?

 2016-cı ildə Texas universitetinin nümayəndələri tərəfindən aparılan bir araşdırmaya görə, bir bəyənmənin insanın həyatına mental olaraq çox böyük təsiri var. İnsanlar sosial mediaya qoyduğu "selfilərə” gələn like sayına görə günlük dopamin hormonunu ifraz edirlər. 

Dopamin isə insanın rahatlaması üçün ifraz etdiyi hormondur. Bəziləri bunu qidalanma ilə, kimisi qumar ilə, kimisi də başqa üsullarla həyata keçirir. 

Belə ki, bəyəni sayı az gələn şəxs həmin günü dopamin hormonunu yetərincə ifraz edə bilmədiyinə görə, gün boyu özlərini pis və ya yetərsiz hiss edirlər. Hələ, ən pisi xoşumuza gəlməyən insanların çox "like” yığmasıdır.

 Bəzi hallarda bu mesajlaşmada da özünü göstərir. Yuxudan duran kimi, 200 əvəzinə, 1 və ya 2 mesaj bildirişinin gəldiyini düşünün. Həmin an ağlımızdan keçən sual, "görəsən məni niyə bu qədər az axtarıblar?” olur. 

Koliforniya universitetinin nümayəndəsi koqnitiv Nevroloq Ofir Turel bu tip hadisəni bankda pul çəkmək hadisəninə bənzədir:

"Təsəvvür edin ki, hər dəfə banka getdiyiniz zaman balansınızı əldə edirsiniz, amma başqa insanların da balansını görürsünüz. Bu, insanların çoxunun sahib olduqları şeydən qıcıqlanmasına və ya narazı olmasına səbəb olacaq...”. 

Bəzi hallarda isə biz özümüzü reklam edərək, öz eqomuzu yüksələdərək buna nail oluruq. Bəzən restoranlara və ya qəhvə məkanına gedəndə şəkil və ya video çəkib paylaşırıq. Buna gələn şərhlər və bəyənilər isə müvəqqəti xoşbəxt olmağımıza kömək edir. Bu hal isə beynimizin qərar qəbul etmə və mükafatla bağlı davranışa diqqət yetirən hissəsi olan ventral striatumu aktivləşdirir. Və beləcə gün boyu özümüzü enerjili aparmağamıza səbəb olur.

Psixoloqlar isə bütün bu tip hadisələrin uşaqlıqdan gəldiyini deyir. Belə ki, uşaq yaşlarda göstərilməyən diqqət, valideynlər tərəfindən maraqlarımıza diqqət yetirilməməsi, uşaqlıqdan bizə qarşı dəstəyin əskik olması əsas səbəblərdən biri kimi göstərilir. 

Həmçinin, aşağı yaşlarda həmyaşıdlarımızla münasibətdə emosional və ya fiziki travma əsas səbəblərdəndir.

Məsələnin həlli isə çox sadədir. Belə ki, əgər kiminsə həyatı bizə vacib olmasa, hətta biz özümüzü kim üçün isə önəmli şəxs hesab etməyib, öz həyat xəttimizə davam etsək bütün məsələlər yoluna düşər. Nəzərə almaq lazımdır ki, özümüzü kimləsə müqayisə etmək, özümüzə olan dəyəri aşağı salır. 

Eyni zamanda, kimisə bizə dediyi mənfi fikirlərə önəm verməmək də çıxış yollarından biridir. Bəzən biz xoşumuza gəlməyən insanın hardasa olduğunu görüb paxıllıq hissi çəkə bilərik. 

Nəzərə alın ki, əgər o insan sizin üçün dəyərli deyilsə, onun nə etdiyi də dəyərli olmamalıdır. Ən önəmli məqam isə xarici görünüşə edilən rəylərdir. Gün ərzində siz kiməsə görə yox, özünüzə görə qəşəng görünməlisiniz. Buna görə də kiminsə dediyi pis fikirlərə önəm verməyib, yalnız özümüzü bəyəndiyimiz halda harasa getməliyik.

Soltanzadə Elşən, 

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 03 İyun 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see274

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see253

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see242

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see239

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see207

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see198

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see195

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see189

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see180

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see175

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see173

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see171

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see166

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see163

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see163

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see156

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see155

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri