Icma.az
close
up
RU
“Azərbaycanda gördüklərim məni sevincdən ağlatdı” Balkhisa Bashir

“Azərbaycanda gördüklərim məni sevincdən ağlatdı” Balkhisa Bashir

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edən Balkhisa Bashir Bizimyol.info-ya açıqlamasında Azərbaycanda gördüyü sosial layihələrdən və infrastruktur inkişafından dərin təsirləndiyini bildirib.

Ölkə.az xəbər verir ki, Barwaqa Relief Organizationın direktoru olan Balkhisa Bashir qeyd edib ki, təşkilat əsasən Şərqi Afrikada, xüsusilə Kenyada yerli və marginal icmalarla işləyir. O bildirib ki, forumda iştirak etmək və öz sessiyalarını keçirmək imkanı əldə etdiklərinə görə Azərbaycan rəhbərliyinə minnətdardır. Balkhisa Bashirin sözlərinə görə, forum başlamazdan əvvəl onlar müharibə nəticəsində məcburi köçkün olmuş şəxslər üçün yaradılmış yaşayış məntəqələrinə səfər ediblər.

O qeyd edib ki, burada gördükləri onu heyrətləndirib. “Evlər insanlara tamamilə pulsuz təqdim olunub. Mənzillər özünütəmin edən şəkildə qurulub. Hər evdə sanitar qovşağı, su təminatı, bağ sahəsi var. İnsanların yaxınlığında xəstəxanalar, məktəblər fəaliyyət göstərir. Uşaq bağçasından universitetə qədər təhsil pulsuzdur”, – deyə o bildirib.

Balkhisa Bashir vurğulayıb ki, məcburi köçkünlər üçün yaradılmış şərait yalnız yaşayışla məhdudlaşmır. Onun sözlərinə görə, burada insanlar üçün iş imkanları da yaradılıb və bütün xidmətlər inklüziv şəkildə təşkil olunub.

O qeyd edib ki, Azərbaycanda gördüyü model digər ölkələr üçün də nümunə ola bilər: “Dünyada bir çox ölkələr milyardlarla vəsaiti müharibələrə və dağıntılara xərcləyir. Amma burada insanların rifahı, yaşayışı və gələcəyi üçün investisiya qoyulduğunu gördüm. Bu, çox böyük bir mirasdır”, – deyə o əlavə edib.

Balkhisa Bashir bildirib ki, universitetlərdə gördüyü texnologiya və innovasiya imkanları da onu təsirləndirib.

O qeyd edib ki, tələbələrlə söhbət zamanı onların təhsil üçün heç bir ödəniş etmədiyini öyrənib. “Bu mənzərəni görəndə sevincdən ağladım. Çünki həyatımda ilk dəfə idi ki, bir dövlət rəhbərinin öz xalqı üçün bu qədər genişmiqyaslı sosial təminat yaratdığını görürdüm”, – deyə o bildirib. Sonda Balkhisa Bashir digər dünya liderlərini də Azərbaycana gələrək burada həyata keçirilən sosial layihələrlə tanış olmağa çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 May 2026 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri