Icma.az
close
up
RU
Azərbaycanda güclü zəlzələ gözlənilir? AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ gözlənilir? AÇIQLAMA

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son iki gündə Azərbaycanda ardıcıl zəlzələlər qeydə alınıb. Seysmik təkanlar müxtəlif bölgələrdə hiss olunub. Bəs zəlzələlərin artması nə ilə əlaqədardır?

AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev Metbuat.az-a bildirib ki, bunlar kiçik silkələnmələrdir. Zəlzələ olduqda isə hamı bunu hiss edir və respublika ərazisində təsiri aydın görünür:

“Güclü zəlzələlərin səbəbi adətən seçilmiş seysmik zonalarda yerləşməyimizdir. Zəlzələ hər an baş verə bilər. Kiçik silkələnmələr – yəni xırda zəlzələlər də mövcuddur. Azərbaycanda hər il minlərlə, hətta on minlərlə belə təkanlar qeydə alınır. Kiçik silkələnmələr zəlzələlərin tərkib hissəsidir və onların nəticəsində yer qabığında gərginlik azalır. Seysmik stansiyalar bu titrəyişləri qeydə alır”.

Ə.Əliyev Azərbaycanda güclü zəlzələlərin olması ehtimalından da danışıb:

“Azərbaycanda tarix boyu dağıdıcı zəlzələlər baş verib və uzun dövr ərzində belə hadisələr təkrarlanıb. Hazırkı dövrdə isə daha çox xırda zəlzələlər müşahidə olunur. Məsələn, Yunanıstanda da belə hallar yaşanır. Orada da tez-tez baş verən xırda zəlzələlər yerin enerjisini yavaş-yavaş sərf edir və bunun nəticəsində çox güclü, dağıdıcı zəlzələlərin başvermə ehtimalı azalır. Bu proses yerin dərinliklərindəki gərginliyi tədricən azaldır. Azərbaycan əbədi olaraq zəlzələ zonasına daxil olduğuna görə, burada həmişə seysmik aktivlik müşahidə ediləcək. Bunun nə vaxt və necə baş verəcəyini isə yalnız Allah bilir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Mart 2025 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see416

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see359

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see254

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see243

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see220

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see218

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see212

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see210

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see210

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see204

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see188

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see184

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see177

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see174

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see171

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see171

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see169

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see168

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see160

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri