Icma.az
close
up
RU
Azərbaycanda güclü zəlzələ gözlənilir? SON DƏQİQƏ AÇIQLAMASI KONKRET

Azərbaycanda güclü zəlzələ gözlənilir? SON DƏQİQƏ AÇIQLAMASI KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda son 24 saatda bir neçə rayonda zəlzələ qeydə alınıb. Saat 04:01-də İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ olub, ancaq yeraltı təkanlar hiss edilməyib.

Ardınca səhər saatlarında Lerik rayonunda 4 bal gücündə zəlzələ baş verib. Rəsmi açıqlamada bildirilir ki, zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.

Sosial şəbəkələrdə cənub bölgəsinin sakinləri zəlzələnin hiss edildiyi barədə paylaşımlar ediblər.

KONKRET.az modern.az-a istinadən xəbər verir ki, baş verən zəlzələlərlə əlaqədar Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, yeraltı təkanlar laylardakı parçalanmalar nəticəsində baş verir.

“Elə gün olur ki, respublika ərazisində bu cür 20,30,40 təkan olur. Bunların içərisində də bir-ikisi hiss olunmalıdır da. Mən deməzdim ki, burada qeyri-adi nəsə var. Məsələn Babadağda yaşayış məntəqəsi yoxdur, təkan olub, maqnitudası 3,7 olub, heç yerdə hiss olunmayıb, amma biz bunu verməliyik. Çünki yer elmləri üzrə qurumların hamısı ilə işbirliyi aparırıq. Belə qəbul olunub. Bu məlumatlar çatmalıdır”.

Q.Yetirmişli ötən il 6000-ə yaxın yeraltı təkanın qeydə alındığını vurğulayıb:

“Ondan 15-i hiss olunub. Biz 2024-cü ili ən zəif il kimi götürmüşdük. Dağıdıcı zəlzələ olmamışdı. 3 dənə maqnitudası 5-dən yuxarı olan zəlzələ olmuşdu və bunlar da ciddi fəsadlar törətməmişdi. 5-dən yuxarı maqnitudalı zəlzələlər Lənkəran, Lerik, Sabirabadda olmuşdu. Allah uzaq eləsin, katastrofik dağıdıcı zəlzələlərdən. Gedən prosesləri izləyirik, güclü dağıdıcı zəlzələ ehtimalına əsas vermir. Bu cür təkanlar olub, olacaq”.

Bəs bundan sonra dağıdıcı zəlzələ gözlənilirmi?

Q.Yetirmişli suala cavabında deyib:

“Hər günün öz hökmü var. Hərəkətlərin hamısı izlənilir. Mən deməzdim ki, dağıdıcı, katastrofik zəlzələ olacaq, söhbət bloklardan gedir, yəni lay dəstələri elə sürətli olmalıdır ki, hansısa katastrofik zəlzələ törətmə ehtimalı olsun. Hiss olunan zəlzələlər gücdən, dərinlikdən asılı olur, öncədən demək düzgün deyil, amma elə seysmogen bölgə yoxdur ki, orada güclü zəlzələ olsun”. (Modern.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Mart 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri