Icma.az
close
up
RU
Azərbaycanda hansı dövlət qurumları ləğv edilə bilər?

Azərbaycanda hansı dövlət qurumları ləğv edilə bilər?

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Azərbaycanda son illər ekspertlər tərəfindən bəzi dövlət qurumlarının ləğvi və ya digərlərinə birləşdirilməsi məsələsi geniş müzakirə olunur. Onların fikrincə, bir sıra qurumlar bir-birini təkrarlayan funksiyaları icra edir. Hətta belədə bəziləri dövlət büdcəsindən böyük həcmdə mənasız xərcləmələrə də səbəb olurlar.

Görəsən, hansı dövlət qurumları ləğv edilməli və bu prosesin gerçəkləşməsi iqtisadiyyata nə verəcək?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, Azərbaycanda dövlət qurumlarının ixtisarı məsələsinə yalnız “qurumların sayı çoxdur” prizmasından yanaşmaq düzgün deyil:


“Əsas problem funksiyaların bir-birini təkrarlaması, eyni sahədə bir neçə qurumun paralel səlahiyyət daşıması və bəzi strukturların idarəetmə xərclərinin onların yaratdığı nəticə ilə müqayisədə yüksək olmasıdır. Ona görə məqsəd mexaniki şəkildə qurumların sayını azaltmaq yox, daha çevik, daha az xərcli və məsuliyyətin dəqiq müəyyən edildiyi dövlət idarəetməsi yaratmaq olmalıdır”.

Müsahibimizin sözlərinə görə, ilk növbədə iqtisadi blokda bir sıra funksiyaların daha ciddi şəkildə konsolidasiyasına ehtiyac var:

“İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və digər iqtisadi qurumların tamamilə bir qurumda birləşdirilməsi düzgün olmazdı. Çünki vergi, gömrük, büdcə və iqtisadi siyasət müxtəlif funksiyalardır və onların bir mərkəzdə həddindən artıq cəmlənməsi əksinə, idarəetmə risklərini artıra bilər. Amma bu qurumların elektron sistemləri, məlumat bazaları, analitik funksiyaları və bəzi inzibati xidmətləri daha çox inteqrasiya oluna bilər”.

Ekspertin fikrincə, daha real konsolidasiya kənd təsərrüfatı və aqrar idarəetmə sahəsində mümkündür:

“Aqrar Subsidiya Şurası, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi və digər aqrar strukturların fəaliyyətində koordinasiya daha da gücləndirilməlidir. Burada məqsəd mütləq bütün qurumları birləşdirmək deyil, fermerin qarşısında çoxsaylı dövlət qapılarının olmasının qarşısını almaqdır. Fermer subsidiya, kredit, sığorta, torpaq, su və qeydiyyat məsələləri üçün müxtəlif qurumlara müraciət etmək məcburiyyətində qalmamalıdır”.

Mərkəz sədri turizm və mədəniyyət sahəsində də müəyyən struktur optimallaşdırmasını mümkün hesab edir:

“Mədəniyyət, turizm və yaradıcı sənayelərlə bağlı müxtəlif dövlət strukturlarının fəaliyyətində kəsişən istiqamətlər varsa, bunların bir mərkəzdən koordinasiya edilməsi həm idarəetmə xərclərini, həm də paralel layihələrin sayını azalda bilər. Lakin turizm biznesinin inkişafı ilə mədəni irsin qorunması eyni funksiyalar olmadığı üçün tam birləşmə əvəzinə koordinasiya daha məqsədəuyğundur”.

Həmsöhbətimiz düşünür ki, dövlət şirkətləri məsələsi isə daha ciddi şəkildə gündəmə gətirilməlidir:

“Dövlətin müxtəlif sahələrdə çoxsaylı kommersiya strukturlarına malik olması idarəetməni mürəkkəbləşdirir. Eyni fəaliyyət sahəsində bir neçə dövlət şirkətinin olması halında onların birləşdirilməsi, yaxud bir holdinq altında idarə olunması mümkündür. Burada əsas məqsəd dövlət aktivlərinin sayını azaltmaqdan çox, onların idarə edilməsində səmərəliliyi artırmaq, paralel idarəetmə aparatlarını ixtisar etmək və dövlət şirkətlərinin büdcədən asılılığını azaltmaqdır.

Məncə, ən böyük qənaət ayrıca nazirliklərin ləğvindən yox, dövlət aparatının daxilindəki təkrarlanan funksiyaların aradan qaldırılmasından əldə oluna bilər”.

Bəzi dövlət komitələrinin də statusuna yenidən baxmaq olar. Əgər hər hansı komitənin fəaliyyəti faktiki olaraq bir nazirliyin struktur bölməsinin funksiyasından ciddi şəkildə fərqlənmirsə, onun ayrıca dövlət qurumu kimi saxlanılmasının iqtisadi və idarəetmə baxımından nə qədər əsaslı olduğu qiymətləndirilməlidir. Amma strateji nəzarət, statistika, rəqabət, maliyyə bazarlarının tənzimlənməsi kimi müstəqillik tələb edən sahələrdə qurumların birləşdirilməsi ehtiyatla aparılmalıdır.

A.Nəsirli bildirir ki, belə bir islahat həyata keçirilərsə, ilk nəticə dövlət idarəetmə xərclərinin azalması olacaq:

“Qurumların rəhbərlik aparatları, inzibati strukturlar, paralel şöbələr, binalar və texniki xərclər optimallaşdırılar. Lakin bundan daha vacib nəticə qərarların qəbul edilməsinin sürətlənməsidir. Bir məsələ üçün vətəndaşın və ya sahibkarın bir neçə qurum arasında get-gəl etməsi azalarsa, həm vaxt, həm də biznes xərcləri aşağı düşər”.

Müsahibimiz qeyd edir ki, burada digər mühüm məqam məsuliyyətin konkretləşməsidir:

“Hazırda hansısa problemin həllində bir neçə qurumun səlahiyyəti kəsişirsə, nəticədə məsuliyyətin kimdə olduğu qeyri-müəyyənləşə bilir. Funksiyalar dəqiq bölüşdürülərsə, nəticəyə görə konkret qurumun məsuliyyət daşıması mümkün olar.

Azərbaycanın qarşısında duran əsas məsələ “neçə nazirlik və komitə var” sualından daha çox “dövlət eyni funksiyaya nə qədər pul xərcləyir və bu xərcin qarşılığında hansı nəticəni əldə edir” sualıdır. Dövlət aparatının optimallaşdırılması düzgün aparılarsa, həm büdcə xərclərinə qənaət etmək, həm sahibkarların üzərindəki inzibati yükü azaltmaq, həm də qərarverməni sürətləndirmək mümkündür. Əldə olunan vəsait isə sadəcə büdcədə saxlanılmaq əvəzinə sosial xərclərə, infrastrukturun inkişafına, təhsilə və səhiyyəyə yönəldilərsə, belə bir islahatın iqtisadi səmərəsi daha yüksək olar”.

Rüfət Sultan,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Sentyabr 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri