Azərbaycanda hansı mənbələrdən nə qədər elektrik enerjisi istehsal edilib?
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Bu ilin ilk doqquz ayında ölkədə 20 milyard 502,9 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
Yeniavaz.com rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artım deməkdir.
İstehsal olunan elektrik enerjisinin 19 milyard 817,2 milyon kVt/saatı əmtəəlik enerji olub. Onun əsas hissəsi istilik elektrik stansiyaları hesabına təmin edilib. Bu stansiyalarda 16 milyard 919,5 milyon kVt/saat enerji istehsal edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 0,4 faiz azdır.
Su elektrik stansiyalarında istehsal 2 milyard 382,6 milyon kVt/saat olub və 1,5 faiz artım qeydə alınıb.
Bərpa olunan enerji mənbələri üzrə fərqli dinamika müşahidə edilib. Külək elektrik stansiyalarında istehsal 26,4 faiz səviyyəsində azalaraq 31 milyon kVt/saat, günəş elektrik stansiyalarında isə əksinə, 12 faiz artaraq 484,1 milyon kVt/saat təşkil edib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycanda hansı mənbələrdən nə qədər elektrik enerjisi istehsal edilir? Siyahı
12 Sentyabr 2025 16:00
Azərbaycanda nə qədər dərman istehsal edilib?
20 Noyabr 2024 17:29
Azərbaycanda ötən il 28 milyard kVt·st dan çox elektrik enerjisi istehsal edilib
16 Yanvar 2025 09:18
Azərbaycanda bu il nə qədər qida məhsulları istehsal edilib?
22 Mart 2025 10:07
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
18 Noyabr 2024 21:18
Baxış sayı:84
Bu xəbər 15 Oktyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















