Icma.az
close
up
RU
Azərbaycanda hematoloq həkimlərin sayı artıb

Azərbaycanda hematoloq həkimlərin sayı artıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 21 noyabr, Günel Türksoy, AZƏRTAC

Sevindirici haldır ki, Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində yerli mütəxəssislərin etdiyi məruzələrin sayı ildən-ilə artmaqdadır. Bu da onu göstərir ki, ölkəmizdə hematoloji xidmət sahəsi genişlənir. Artıq bir çox xəstəxanalarımızda hematoloji xidmət göstərilməkdədir. Bu da səhiyyə sistemimizdə hematologiya sahəsinin inkişafı deməkdir.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin sədri, hematoloq Valeh Hüseynov deyib.

O bildirib ki, ötən illərə nisbətən ölkədə hematologiya ixtisasına yiyələnmək istəyən həkimlərin sayı artmaqdadır: "Rezidentura təhsilindən sonra Azərbaycanda həkim hematoloqların sayı ciddi şəkildə artıb".

Hematoloq əlavə edib ki, Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi iki gün davam edəcək, konqres hematologiyanın aktual problemlərinə həsr olunub: "Konqresdə iki gün ərzində uşaqlarda və böyüklərdə rast gəlinən hematoloji xəstəliklərin yerli və xarici mütəxəssislər tərəfindən məruzəsi aparılacaq. Hematologiya qan xəstəliklərini öyrənən bir elmdir. Ölkəmiz üçün bu sahə aktualdır. Azərbaycanda irsi və bədxassəli qan xəstəlikləri mövcuddur. Bu konqresin keçirilməsi gənc mütəxəssislərin yetişdirilməsi, onların biliklərinin artırılması üçün yaxşı bir imkandır. Burada bir çox ölkələrdən beynəlxalq səviyyəli ekspertlər iştirak edirlər. Bu da bizə imkan verir ki, ölkəmizdə qan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni protokolların və dərman preparatlarının tətbiq olunmasına kömək etsin. Bütün dünyada yeni protokolların tətbiq olunması aparılan elmi tədqiqatlara əsaslanır. Dünyada hər il bir çox mərkəzlərdə elmi tədqiqatlar aparılaraq hər xəstəliyin gedişatına görə standartlar hazırlanır və protokollar tətbiq olunur. Biz də yeni protokolların ölkəmizə gətirilməsinə dəstək verməyə çalışırıq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri