Azərbaycanda hər beş ingilis dili müəllimindən biri ali təhsilli deyil
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda ümumi təhsil müəssisələrində çalışan ingilis dili müəllimlərinin təxminən hər beş nəfərindən biri ali təhsilli deyil.
Modern.az Dövlət Statistika Komitəsinin 2024/2025-ci tədris ilinə dair məlumatlarına əsasən xəbər verir ki, ümumi təhsil müəssisələrində çalışan 13 min 100 ingilis dili müəlliminin 77,2 faizi ali, 22,8 faizi isə orta ixtisas təhsillidir.
Bu göstərici əsas fənlər üzrə müəllimlər arasında ən aşağı nəticə hesab olunur.
Hər 6 informatika müəllimindən 1-i ali təhsilli deyil:
Statistikaya görə, informatika müəllimləri də ali təhsilli müəllimlərin payına görə aşağı göstəricilərdən birinə malikdir. Belə ki, 5 min 739 informatika müəlliminin 84,4 faizi ali, 15,5 faizi isə orta ixtisas təhsili alıb.
Digər əsas fənlər üzrə isə ali təhsilli müəllimlərin payı 97 faizdən yuxarıdır:
biologiya müəllimləri – 99,4 faiz;
kimya müəllimləri – 99,3 faiz;
coğrafiya müəllimləri – 99,3 faiz;
riyaziyyat müəllimləri – 99,0 faiz;
tarix müəllimləri – 98,6 faiz;
Azərbaycan dili və ədəbiyyatı müəllimləri – 97,5 faiz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 27 İyul 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















